SON DƏQİQƏ

İkiüzlülük eləyənlər...

Tarix:

20-04-2019, 12:14

/ 10 461 dəfə oxundu.
İkiüzlülük eləyənlər...

Hidayət ELVÜSAL

Yaltaq yaltaqdır. Ha burada, ha Türkiyədə. Eynən bir-birilərinə bənzəyirlər-böyüklərin qarşısında əyilmək, onlarla bir şəkil çəkdirmək təlaşı, arvadsayağı irişmək...
Türkiyədə baş verənlərə biganə qalmayanları qınayan bunlardır. Möhtəşəm Atatürkü, Cumhuriyyəti unutdurmaq, tarixdən silmək istəyənlərin yanındakılar bunlardır. "Qarabağın bir hissəsini azad(???) etmişik, qalan hissəsı hələ də Azərbaycanın nəzarəti altındadır" deyən erməninin arzularını AKP -nin nəzarətində olan qəzetlərdə bəh-bəhlə dərc edənlərin yanında olan bunlardır. 
Qağlıq Qarabağa ğəlıb ermənilərlə qucaqlaşan, onları alqışlayan.Əli Bayramoğlu kimi AKP yanlısına züy tutanlar həç bunlardır- cöngə bənzəri olan yazar-yaltaq sürüsü.
Türkiyədə baş verənlərin əsl mahiyyətini anlamayanlar bunlardır.İşlərinə yarayanda " İki dövlət bir millət" deyimindən ağızları köpüklənənə kimi təkrar edib, belə məqamlarda "Türkiyədə baş verənlərin bizə nə dəxli var" deyib, ikiüzlülük eləyənlər də bunlardır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ