SON DƏQİQƏ

Süründürməçilik və...

Tarix:

8-04-2019, 19:08

/ 10 491 dəfə oxundu.
Süründürməçilik və...

Rauf İLYASOGLU

HƏKİMLƏR DEYİRLƏR Kİ, BAŞ BEYİN- KƏLLƏ TRAVMASI ALAN ƏLİL PULSUZ AVTOMOBİL ALA BİLMƏZ, AMMA GÖZDƏN ƏLİL VƏ YA AYAGINİ, QOLUNU İTİRMİŞ ƏLİL İSƏ AVTOMOBİLİ ALAR ,HƏLƏ HƏTTA İDARƏ DƏ EDƏ BİLƏR 
Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi Qarabag müharibəsi əlillərini pulsuz avtomobillə təmin edən yem bazasıdır . 2005 ci ildə 1000 manat rüşvət verib avtomobil almaq mümkün idi, O vaxtlar nazirlikdə bir şöbə bu maxinasiya ilə məşgul olardı. İndi isə bir çox süni əngəllər yaradılır, Bəlkə pul tələsidir . 
Amma burda bir əmmamə var . 
Niyə ,Qarabagda döyüşüb yaralanan insanların hamısına əlillər üçün ayrılmiş avtomobil verilmir ? 
Məsələn; baş beyin-;kəllə travması alan əlillərin sənədləri geri qaytarılır ki, olmaz. 
Niyəsi də odur ki, "Vtek"də deyirlər ki, ay əsgər və ya ay Qazi,! Sən gərək müharibədə başından yaralanmayasan ,ya da get o epiqrezı dəyişdir. Sonra gətir. Bir deyən yoxdur ki, ay kölə oglu niyə dəyişdirim? 
Bu dələduzlar belə izah edirlər ki, olmaz. Zülümov dedi qurtardı. 
Çünki, baş kəllə xəsəratı alan əlil avtomobili idarə edə bilməz deyə- əlillərin dolayı yolla agızlarıni dərəyə verirlər. Bəs onda ayağını, qolunu , böyrəyini, və ya əlini itirərək şikəst olmuş əlil avtomobili necə idarə edə bilər ? Əlbətdə belə olan təqdirdə əlillərin övladları və ya qohumu həmin avtomobilləri idarə etməklə əlil olmuş dogmalarının qullugunda dura bilərlər. 
Bu məsələ ilə bagli necə- neçə Əlil döyüşçü mənə müraciət edir . Belə çıxır ki, Gözdən əlil insan avtomobil ala bilər, amma kəllə - beyin travması alan isa ala bilməz ? yox! 
Çox məntiqsizdir, eləmi? Buna nə ad vermək olar? Bürokratizm və süründürməçilik 
Keçmiş Hərbi Komissarın müavini işləmiş , polkovnik Rasim Sadıqov bu məsələ ilə baglı bildirir ki, heç bir qanunda yazılmayıb ki, başından yaralanan əlil avtomibil növbəsinə götürülməməlidir, Niyə? 
Əlillərin çoxunun adına alınan avtomobilləri əlillərin övladları və ya yaxın qohumu da etibarnamə ilə sürə bilər . Sadəcə nazirlik və ya VTEK əlilləri başdan edir . 
Yəqin ki bu məsələ ilə baglı nazir Sahil Babayev məlimat verər. Amma aglım kəsmir ki bu təzə nazir əlilliyin qruplarını ləgv etməklə yeni qanun üzərində çiddi işləyir . 
Belə olmaz ,əziz Nazir və onun komandası . 
Qarabağda döyüşərək əlil olmuş hər bir əsgər və ya zabit dövlət tərəfindən pulsuz olaraq avtomobillə təmin olunurlar ,İstər başından yaralansın, istərsə də ayagından 
. Bu işə əngəl törədənlər bu xalqın düşmənləridirlər .

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ