Təəccüblənməyin!

 

Pensiyalar geciksədə eşitdim pensiyaları verirlər sevincək bankomata yaxınlaşdım,  pensiyaların artımı mənim üçün çox maraqlı idi. İkinci qrup əlil olaraq pensiyamı aldım, hər ay 145 manat pensiya alırdım, indi isə 156 manat 99 qəpik  olmuşdur çox məyus oldum, çünki deyilənlərlə artım üst-üstə düşmürdü.

Nə isə bankomata kartı daxil edib kodu yıgmaq istədim, Əlimi düymələrə toxundurarkən dik atıldım. Sən demə yagan yagışdan hardansa elektrik ,(tok) keçirirdı. Nə qədər çəhd etsəm də halal pensiyami ala bilmədim. Piyada gedərək  Dərnəgül ərazisində bir  bankomatın yerin öyrənib yaxınlaşdım. 
156 manat pensiyami çıxartmaq istədim  . 
Ayri seçim edin deyə ekranda yazilirdi, kredit al, aşagida imtina et, 
Nəisə axirki 155 manatı çıxarda bildim.Bu bankomat qalıq vermirdi, 4 manati çixarda bilmədim. Görünür bu kassa aparatıni da rüşvətə öyrədiblər, nə bilim? 
Mənə dedilər ki. Nərimanov metrosunun yanindaki bankomatda 
xırda pulu da verirlər.O bankomat çox üzüyoladır. Yol isə sürüşkən və qaranliq oldugu üçün evə qayitdım. 29 manat qaz pulunu, 25 manat , elektrik pulunu, 20  manat su pulunu, 30 manat ,  Unibankdan vaxtilə beş yüz manat götürdüyüm və 75 manata qədər azaltdigım borcu  da odəyib evə gəldim, çanımı bir bankın zəhlətökən,  bezdirici zənglərindən  qurtardım . Əlimdəki kələmi görən ömür- gün yoldaşım dedi: - Rauf,  bəs ət almadın? Kələmi boş boşuna nəyə almisan? 
Utandim deyəm ki ətə pul çatmadı. 
İndi iş axtariram. Baxmayaraq ki, 2-çi qrup  əliləm, 5 kiloqramdan  agır veşı qaldirmaga  həkimlər icazə vermirlər. Qollarim o dəqiqə kəskin  agriyir . Amma yağlı bir iş yeri tapsaydım,  mən də SOCAR işçıləri  kimi bəy kefində dolanardım. 
Nəisə cəmi 189 manat aldigım pensiyamdan sələmçi və rəhmsiz  Uni Bank  2014 cü ildə   manatla götürdüyüm, lakın dollarla sənətləşdirilmış bank  sonradan dollarin  kursu qalxandan sonra məni  Məhkəməyə verdilər və beş min dollar borcu manata çevirib elədilər 9998 manat .  İki ildir ki pensiyamdan  tutulur, ,2024 cü ildə borcum qurtaracaqdir. Allah kərimdir. Kərim dedim yadima kələm düşdü, bir kələm alıb kələm dolmasi bişirtdirmək istədim kələmə pul çatdı ət almağa yox.

Eybi yox gələn ayda ət alaram, baxmayaraq ki, iki ayın artımı 11  manat  olub, 
Hər aya 5 manat 50 qəpik düşür. Pis nəticə deyil. Buna da min şükr, Heç 200 manat olmasa da vecimə də deyil. Birdən danişaram , onu da kəsərlər, nəyimə lazımdır başımı agridım. 
Amma təzə nazirimiz Sahil Babayev elə  şirin şəkər danışirdi ki, yadima Ağdam bazarından vaxtilə aldıgımız sulu armud düşürdü.   
Nə başınızı agridım .Yaxşı deyiblər ;  Dama - dama göl olar,  Aza da min bərəkət deyib hər kəsə bol ruzi bərəkət arzulayıram.

RAUF İLYASOGLU

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]