SON DƏQİQƏ

Cəmiyyətə bir "like" dəbi

Tarix:

19-12-2018, 09:29

/ 10 670 dəfə oxundu.
Cəmiyyətə bir "like" dəbi

Sevda Tahirli

Bir ənənə formalaşıb sosial şəbəkələrdə. İstifadəçılər həcmi 2-3 cümləni aşan məlumatları izləməyə "tənbəllik" edir. Maraqlı videoçarxlar izlənilmir. Sadəcə "Like" qoyulur, amma mahiyyətdən xəbər tutulmur. Cəmiyyətə bir "like" "dəbi" gəlib.
Bu yaxınlarda bir video-sorğu yayımlanırdı. müxbir vətəndaşlardan bizim bir müğənni haqqında soruşur. 
Sual: - ,,,, tanıyırsınız?
Cavab - Əlbəttə, tanıyıram. 
Sual: -Bəs Cəfər Cabbarlı kimdir? 
Cavab: -Deyəsən şairdir
Sual:-Şair, yoxsa bəstəkar?
Cavab: Bəstəkardır.
Bu, təəssüfdoğurucu deyil, bu, bizim faciəmizdir. Hələ indi tam hiss etmədiyimiz, amma bir neçə ildən sonra bizi çökdürəcək reallıq.
Adama soruşarlar ki, kanallarda yazarları, bəstəkarları, ölkənin tanınmışlarını təbliğ etdinizmi ki, məlumatlansınlar. Kim təbliğ olunursa onu da tanıyırlar. Bumeranq effektidir - əlimizdən çıxan sabah özümüzə qayıdacaq.
P.S. Yəqin ki, bu məlumat da oxunmayacaq. Çünki yazının həcmi limiti aşır. Ən yaxşı halda like gələcək. 
Amma haraya qədər?? Bəlkə bumeranqları dayandıraq.??

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ