Dövlətçilik anlayışı yaddaşımıza həkk olunmalıdır

Namiq Əliyev,

Dövlətçiliyə Dəstək Mərkəzinin

hüquq şöbəsinin müdiri

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xaricdəki və daxildəki bəzi qüvvələr dərhal hərəkətə keçərək cidd-cəhdlə suverenliyimizə hücumlara başladılar. Bu məzmunda saysız-hesabsız misallar gətirmək olar, nümunələr göstərmək mümkündür. Vətənimizin illər sonra müstəqil dövlət kimi dünya dövlətləri arasında tanınması qürur və duyğuvericidir. Üçrəngli bayrağımızın başqa bayraqlar arasında dalğalanması hər birimizin qəlbimizdə ayrıca müsbət təəssürat yaradır. 5000-dən çox xalqın içərisində 200 dövlətdən biri Azərbaycan olması xain və mənfur dost cildinə girmiş mərkəzləri rahat oturmağa qoymadı. Necə ola bilər ki, neft və qazla zəngin ölkə öz müstəqil siyasətini yürüdəcək və dünya dövlətləri arasında söz sahibi olacaq. Bu paxıllıq və düşmənçilik hər zaman olduğu kimi, indi də davam edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında həm ictimaiyyətlə görüşlərdə, həm müşavirələrdə, həm də xarici görüşlərində birmənalı şəkildə onun apardığı siyasətin müstəqil olduğunu, heç bir ölkənin və güc mərkəzlərinin sifarişini, təzyiqini qəbul etmədiyini bildirmişdir. Məhz cənab prezidentimizin dövlətçiliyimizi necə qoruduğu və onu necə uca tutduğunu vətəndaş olaraq anlayır, ona hər zaman dayaq və dəstək durmağa hazır olmalıyıq.

Sayı on milyona yaxınlaşan Azərbaycanın gün-gündən inkişaf etməsi, hər gün yuxarıda göstərdiyim güc mərkəzlərinin bizə necə mane olmaq, bizi dırnaqarası “yola gətirmək” planları üzərində iş getməkdədir. Ancaq görünən odur ki, ölkəmizin tutduğu yol haqq yolu olduğu üçün və aparılan daxili və xarici siyasətin uğuru onların arzularını ürəklərində qoyur. Avropada və dünyanın başqa dövlətlərində yaşayan bəzi Azərbaycan əsilli insanları, bəzi xarici ölkələrin xüsusi xidmət orqanları əməkdaşlığa cəlb edərək ölkəmizə qarşı öz məkrli planlarını həyata keçirmək üçün istifadə edirlər. Sosial şəbəkələrdə və bəzi mətbu orqanlarında Azərbaycana qarşı qarayaxma kampaniyası apardıqlarının şahidi oluruq. Bu insanlar bilərəkdən və ya bilməyərəkdən bu işlərə bulaşaraq araqarışdırıcı rolunu oynayırlar. İnkişafımızın və aparılan siyasətin üzərinə kölgə salmaqla, Azərbaycanı gözdən salmaq, onun rəhbərliyini guya dünya səviyyəsində hörmətsiz etmək kimi planları görməmək mümkün deyil. Ancaq qeyd etmək lazımdır ki, onlar bununla heç nəyə nail olmayıb və olmayacaqlar. Arzu və pis niyyətləri ürəklərində qalacaq. Bu gün Azərbaycanda Avropaya, Amerikaya gedən şikayət məktubları keçmiş Sovet Azərbaycanından Moskvaya göndərilmiş anonim məktubları xatırladır. Axı necə ola bilər ki, öz ölkəndən başqa ölkəyə şikayət edəsən? Bu bir növ valideynlərindən polis bölməsinə edilən şikayətə bərabər bir şeydir zənnimcə. Dövlət bir ailədir və biz bu dövlətin, vətənin böyüklərinə öz böyüklərimizə göstərdiyimiz hörməti və izzəti əsirgəməməliyik. Budur dövlətçilik, budur dövlətçiliyi qorumaq, onu yadlara satmaq hansısa dairələrdə gizli

əməkdaşlıq edərək qara yaxmaq, gözdən salmaq, sosial şəbəkələrdən sui-istifadə edib təhqirlər yağdırmaq dövlətçiliyimizə, müstəqilliyimizə vurulan ən ağır zərbədir. Facebook və yuotube üzərində aparılan işlərin, edilən hücumların sayının çoxalması bunun planlı şəkildə həyata keçirilməsinin göstəricisidir.

Azərbaycan öz müstəqilliyini bərpa edib və iqtisadi, hərbi gücünü artırmaqla necə qüdrətli olduğunu, onun Prezidentinin bizi doğru yolla apardığını sübut etməkdədir. Vətənimizi, dövlətimizi qorumaq, onun qanunlarına əməl etmək, konstitusiyamızı müdafiə etmək hər bir Azərbaycan vətəndaşının vicdan borcudur.

Dövlətçilik anlayışını başa düşməyənlər bunu anlamaz və fərqinə varmazlar. Ancaq bildirməliyəm ki, Azərbaycan və dövlətçilik etibarlı əldədir və biz də dövlətçiliyimizə dəstəyimizi hər zaman, istər xaricdə, istərsə də daxildə vicdanla göstərməliyik. Qoy düşmən qüvvələr bilsinlər ki, Azərbaycan müstəqildir. Müstəqilliyimiz əbədi olacaqdır. Öz suverenliyini möhtəşəm ordusu ilə, güclü iqtisadiyyatı ilə, iradəli rəhbəri ilə qoruyub, qoruyacaqdır. Ölkə Prezidentinin dövlətçilik anlayışı hər birimizin amalına, mayakına çevrilməlidir. Xüsusən də gənc nəsil bu ideyanı dərindən mənimsəməli, onu daha ətraflı şəkildə öyrənməlidir.

Dövlətçilik anlayışı hər birimizin yaddaşına həkk olunmalıdır. Bu elə bir məfhumdur ki, ata-babalarımız bizə miras qoyduğu kimi biz də gələcək nəsillərə ona toxunmadan, zərbə vurmadan ötürək. Elə etməliyik ki, Azərbaycan azad, müstəqil, dövlət olaraq dünya durduqca yaşasın, ölkəmiz Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi dünya xalqlarına örnək olsun.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dediyi kimi, Azərbaycan dünyada analoqsuz inkşaf edir. Sonda Ulu öndər Heydər Əliyevin sözlərini qeyd etməyi özümə borc bilirəm: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”

Yaşasın müstəqil, suveren, demokratik, güclü, azad Azərbaycan!

 

 

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]