SON DƏQİQƏ

SƏNGƏR BÖLGƏ...

Tarix:

10-10-2018, 00:01

/ 10 673 dəfə oxundu.
SƏNGƏR BÖLGƏ...

Böyüyən və gözəlləşən Horadiz....
Bəlli olduğu kimi, Füzuli rayonu 1993-cü ilin avqust ayında düşmən tərəfindən işğal olunub. Təbii ki, həmin işğala qədər Dağlıq Qarabağın keçmiş Hadrut və Martuni rayonları ilə həmsərhəd olduğuna görə, bu bölgədə baş verən ağrı-acıları daha çox yaşamağa, necə deyərlər, problemin qaynar nöqtəsinə çevrilməyə, hətta basqılara məruz qalmağa, Dağlıq Qarabağdan olan ilk qaçqınları qəbul etməyə, həmçinin Ermənistandan qovulan insana qucaq açmağa bir növü həm məcbur olmuşdu, həm də bu missiyanı yerinə yetirmişdi. İndinin özündə də Horadiz dəmir yol vağzalının o ağrılı-acılı sərnişin yüklərini xatırladıqca necə böyük bir faciəyə düçar olduğumuzu yenidən yaşayırıq. Həmin o acı xatirələr bizi bir daha öz caynaqlarında sıxıb əzir. Amma...
Bəli, həmin illərdə də Füzuli rayonunun rəhbərliyi, Füzuli ictimaiyyəti öz birliyi, öz xeyirxahlığı, öz vətən sevgisi ilə ona üz tutanları, ona pənah gətirənləri yerbəyer edib öz qardaş diqqətini əsirgəmirdi. İndiki kimi xatırlayıram. Həmin illərdə Füzuli rayonunun rəhbər kadrları yerli sakinlərlə əl-ələ verib həm sərhəd kəndlərinin qorunmasında, həm də rayonunun sığınan qaçqınları yerləşdirilməsinə xüsusi diqqət yetirirdilər. Həmin rəhbər işçilərin arasında bu gün rayona rəhbərlik edən Alı Alıyev də var idi. Rayon partiya komitəsində böyük bir şöbəyə rəhbərlik edən Alı müəllim doğulduğu bu bölgənin hər bir qarışını yaxşı tanıdığından adamlarla rahat dil tapır, onlar həm istək və arzularını nəzərə alır, həm də onların öz razılıqları ilə problemlərinin aradan qaldırılması üçün məqbul variantlar seçirdilər. Təbii ki, rəhbər işçinin adamlarla dil tapmaq məharəti işin demək olar ki, böyük bir hissəsinin reallaşması deməkdi. Məhz keçdiyi həyat yol zaman-zaman icra etdiyi müxtəlif vəzifələr onu daha da püxtələşdirir, rayon rəhbəri səviyyəsinə qalxmasında əsas baza oldu. Bir az da açıq şərh etsəm, yəni onun keçdiyi həyat yolu, qazandığı təcrübə və nəhayət, Heydər Əliyev məktəbinin ənənələri Alı müəllimin rəhbər işçi kimi formalaşmasında öz sözünü dedi. Bu gün Horadiz şəhərinə yolu düşən hər kəs Füzulidə həyata keçirilən abadlıq-quruculuq işlərindən, bərpadan ağızdolusu danışır. Doğrudur, bu işlərin bünövrəsi məhz qayıdışdan başlayır. Yəni Horadiz şəhəri və 20 kəndin işğaldan azad edilməsindən sonra ölkə rəhbərliyinin Füzuliyə yönəltdiyi böyük diqqət o zamanlar Füzuli rayonunun icra başçısı olmuş Nəbi Muxtarovun və həmin komandada təmsil olunan Alı Alıyevin və digərlərinin peşəkarlığı nəticəsində rayon dirçəlməyə, yenidən insanların üzü gülməyə başladı. Çünki Füzuli ictimaiyyəti inandığı, güvəndiyi rəhbərliyin ətrafında birləşmişdi. Təbii ki, nəsillərin bir-birinin əvəz etməsi, kadr islahatı bütün zamanlarda olubdu. Məhz ölkə prezidentinin məlum sərəncamı ilə Alı müəllim Füzuli rayon icra hakimiyyətinə başçı təyin edildikdən sonra buradakı həmin o böyük kompleks işlərin tempi, sürəti bir az da artdı, daha da şaxələndi. Və bu da həmin o bazanın möhkəmliyindən məharətlə, ustalıqla yararlanan Alı müəllimin özünün şəxsi bacarığının, nəhayət, işə yanaşma üslubunun bəhrəsi idi. Elə bu gün də onun iş üsulu, yaradıcı qabiliyyəti Horadiz şəhərinin və bütövlükdə rayonun bizim əlimizdə olan hissəsində yaradılmış infrastrukturun bütün parametrlərində özünü göstərir. Açıq şəkildə görünür ki, rayonda aparılan bütün işlərin konkret layihəsi, proqramı var və hər kəs də buna uyğun şəkildə öz işini görür. Lap konkret desək, bu gün Füzulidə bütün sahələr saat mexanizmi kimi işləyir və bu işlərin hamısı da bir mərkəzdən, yəni rayon icra hakimiyyətindən idarə olunur.
Füzulidə keçirilən bir-birindən maraqlı tədbirlər və bu tədbirələrə qatılan rayonun sayılıb-seçilən ziyalıları hər dəfə Horadiz şəhərindən məmnunluqla söhbət açır, fikir bölüşür. Onlar şəhərin günbəgün gözəlləşməsini, aparılan abadlıq, bərpa-quruculuq işlərinin əhatə dairəsini, xüsusilə Horadiz şəhərinin başı üzərindəki təpədə dalğalanan üçrəngli bayrağımızın əzəmətini tərənnüm etməkdən doymurlar. Çünki bu bayraq düşmənin düz gözünün önündə dalğalanır və onun mütləq Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunacaq Füzuli şəhərində də dalğalanacağına böyük inam hisi yaradır. Azərbaycanın istənilən güşəsi mənim üçün doğmadı. Amma Füzuli həyatımın varlığını elə bil parçasıdır ki, mən burada gerçəkləşən hər bir uğura vətəndaş olaraq sevinrəm. Elə Horadiz şəhərilə, eləcə də digər qəsəbə və kəndlərimizlə bağlı eşitdiyim hər xoş xəbər məni həqiqətən sevindirir və mən bu torpağın dəyərli ziyalılarının, əliqabarlı zəhmət adamlarının sevilən hər bir şəxsini özümə doğma, qohum sayıram. Bu mənada bu gün cəbhə bölgəsi olan, düşmənlə üz-üzə dayanan Füzulidə həyata vəsiqə alan bu uğurların miqyası barədə eşidəndə, məlumat əldə edəndə təbii ki, ürəyim dağa dönür və düşünürəm ki, hər kəs kimi mənim də bu torpağın uğurları barəsində, daha doğrusu, burda yaşayan insanların xoş günləri haqqında nəsə yazmaq, nəsə demək mənim də borcumdu. Bax, elə bu mənada rayon icra hakimiyyəti başçısı Alı Alıyevin fəaliyyəti haqqında eşitdiklərimin fonunda qələmə aldığım bu yazı həm də 2018-in son baharında həmin o müqəddəs torpağa bir ehtiramımdı. Zənnimcə, bu gün Azərbaycan prezidentinin Füzuliyə, füzulilərə olan diqqətini əməli işlə gerçəkləşdirən rayon rəhbərliyi, xüsusilə icra başçısı Alı müəllim yeni ildə də füzulilərin halal haqqı olan daha böyük işlərə ürəklə qoşulacaq və bu torpağın yüz illiklərdən keçib gələn ruzili, bərəkətli, ziyalılı, zəhmətsevər, sözlü-nəğməli coğrafiyasını daha da ucaldacaq, daha da artıracaqdı. Hər kəsə bu yeni ildə yeni-yeni uğurlar diləyirəm.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ