Borclu insanın döyüşə həvəsi olarmı?

  Dolların məzənnəsi günü gündən qalxır, əhalinin banklara olan borcu  artır.  Bəs məsul qurumlar  niyə qəti qərar vermir ? 
Dolların kursu 78 manat olanda kredit götürmüş vətəndaşını çətin, dilənçi kökünə salan banklar əksər vətəndaşları ağır duruma salıb.  İkinci qrup əlil kimi bilmirəm səhhətimin qeydinə qalım ,yoxsa faiz dərəcələri şişirdilmiş, artan borcumu ödəyim? Axı,  bizim yeganə  düşmənimiz torpaqlarımızın iyirmi faizini hələ də işğalda saxlayan erməni quldurlarıdır.
  Siz düşünün! Borclu insanın döyüşməyə həvəsi ola bilərmi ?
  Ölkədə rüşvət vermədən və ya tanışlıq tapmadan işə düzəlmək də olduqca çətinləşib. Ölkə prezidenti dəfələrlə məmurları vicdanla işləməyə çağırsa da, bir çox dövlət qurumlarında korrupsiyanın qarşısını almaq müşkül məsələ olaraq qalır.  Ölkəni alverxanaya çevirən bəzi dələduz məmurlara qarşı ciddi cəza tədbirləri görülməlidir.
  Banklarla problemləri həll etməmiş  "Azərişıq” la da yaranacaq problemim yadıma düşdü və fikirləşirəm ki kredit borcumu ödəyə bilmədiyim halda,  işıq pulunu necə ödəyəcəyəm?
 Mövcud durum  bir zamanlar yazdığım, bu gün üçün aktual olan bir şeirimi yadıma saldı:
İşıq, qaz pulu da ilbəil artır,
Su pulu da artdı el gözün aydın .
Sinəmə çəkilən dağ düyün artır,
Hava da pulludur, el gözün aydın!
 
Bir dəstə insan güc verib çomağa ,
Deyirler ki vətən ,torpaq sənindir!
Pulun varsa rahat gəl gir torpağa ,
Hava da, torpaq da su da mənimdir ?
...
Rauf İlyasoğlu

Gunaz.az

 


скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]