SON DƏQİQƏ

İmzasız səs…

Tarix:

28-09-2018, 17:49

/ 10 731 dəfə oxundu.
İmzasız səs…

Rauf İlyasoğlu

Telefon nömrəmi kimə deyirəmsə, göndərilən video və şəkillərin çoxluğundan əl telefonumun yaddaşı donur və saytlara yazı da göndərə bilmirəm. Bəzən də telefon nömrəmi lazımsız qruplara daxil edirlər. Nəticədə heç kəslə əlaqə saxlaya bilmirəm.

Bu yaxınlarda isə whatsapp nömrəmə bir səs göndərmişdilər. İmzasız səs…

İmzasız səsə qulaq asaraq oxucularla fikrimi bölüşürəm. Whatsapp-da yazılan səsin bir hissəsini təqdim edirəm: “Bu yazını oxuyun, evdə uşaqları da xəbərdar edin. Heç bir su yağlarından, çəkiylə satılan şokoladlardan istifadə etməyin. Ancaq “Ankor” yağından istifadə edin. Uşaqlar üçün satılan cipsidən, müxtəlif içkilərdən istifadə etməyin. Vərəm çöpləri aşkar ediblər. Ölkə dağılır, ehtiyatlı olun. Mən sizə yenə məlumat verəcəyəm”.

Düzü bu səsə qulaq asdım və işbazların kiminsə biznesini gözdən salmaq üçün belə məntiqsiz yazıların sosial şəbəkələrdə yayılmasına çox təəssüfləndim.

Əvvəla, bu səsi göndərən vətəndaş özünü təqdim etməliydi. İkincisi, tanıdığım həkimlərlə söhbət apardım. Deyilən qida məhsullarından vərəm çöplərinin yayılmasının mümkün olmadığını bildirdilər. Həmin adam əgər desəydi ki, onkoloji xəstəliklər, ürək-damar xəstəliklərin sayı artıb onda inanardıq. Əgər vaxtı keçmiş məhsul deyilsəydi, inandırıcı görsənərdi.

Bu cür yazıları yazan və ya sosial şəbəkələrdə yayanlar bəlkə də kimlər tərəfindən öyrədilmiş və insanlar arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır.

Əlbəttə, bəzən işbazlar qazanmaq məqsədiylə mənşəyi bilinməyən ət məhsullarının vaxtı keçmiş qida, yeyinti və konserv məmulatlarının satışı ilə məşğul olurlar. Lakin hüquq-mühafizə sahəsində çalışan işçilər bu sahədə dələduzluq edən işbazları vaxtında yaxalayır və günahkarlar cəzalandırılırlar.

Belə yazıları və ya videoları yayan şəxslərin kimliyi yoxlanmalıdır.

Bəlkə kimdənsə eşidib və ya bilməməzlikdən belə fikirləri paylaşırlar.

Son illərdə kənd təsərrüfatı sahəsində çox irəliləyişlər var. Fermerlər istəməzlər ki, keyfiyyətsiz məhsul istehsal etsinlər. Dövlətimiz bu sahəyə daha çox ciddi fikir verir.

Belə olan təqdirdə Azərbaycanda istehsal olunan məhsulları gözdən salaraq yararsız saymaq ən azından dövlətimizin aqrar siyasətinə zərbə vurmaq deməkdir. Əlbəttə ki, nöqsanlar göstərilməli və neqativ halların qarşısı alınmalıdır. Lakin belə qərəzli videolar və yazıları sosial şəbəkələrdə yaymaq dövlətimizə xəyanət kimi başa düşülməlidir. Hər bir jurnalist ayıq-sayıq olmalı və dövlət siyasətinin əleyhinə yayılan belə qərəzli yazılarla mənfur, riyakar qonşularımızın əlinə bəhanə verməməliyik. Çünki Azərbaycanın inkişafı ordumuzun gücü düşmən gözünə bir ox kimi sancılır. Çalışaq bütün sahələrdə ayıq-sayıq olaq.

Keyfiyyətin artırılması məqsədilə bu yaxınlarda yeni yaradılmış Qida Sənayesi Agentliyi inanıram ki, xoşagəlməz və neqativ halların qarşısını alacaq, insan orqanizminə zərərli məhsullar istehsal edən və satışını təşkil edən dələduzlar ciddi məsuliyyətə cəlb olunacaqlar. Əlbəttə ki, keyfiyyət ön plana çəkilməlidir. Bütün sahələrdə ciddi nəzarət olunmalıdır.

Lakin belə yazıları sosial şəbəkələrdə yaymaqla insanlar arasında çaşqınlıq yaradılması yolverilməzdir.

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ