SON DƏQİQƏ

Fitnəkarların nifaq salmaq arzusu

Tarix:

14-09-2018, 10:42

/ 10 690 dəfə oxundu.
Fitnəkarların nifaq salmaq arzusu

Xalid Kazımlı

Əziz oxucular!

Müəllifin bu yazısından çoxlarının mariflənməsini, Dövlətçiliyə dəstəkdə mühüm olduğunu nəzərə alıb yazını olduğu kimi dərc edirik

Min dəfə yazılıb, min birinci dəfə təkrar edək ki, dünya üzərində 3 mindən artıq xalq yaşayır. Assimlyasiya olunmuş, yox olmuş etnik qruplar bura aid deyil.

Bu o deməkdir ki, hər xalq öz milli dövlətçiliyini qurmaq istəsə və buna mane olan olmasa, dünyada 3 min dövlət əmələ gələr.

Hazırda dünyadakı dövlətlərin sayı 200 civarındadır və dünya bu hərc-mərcliyə davam gətirmir, çox yerdə lokal müharibələr, toqquşmalar baş verir. Mübahisəli ərazilər isə az qala bütün dövlətlərin sərhədində var.

Belə bir dünyada cəmi bir kənddə, bir rayonda, bir mahalda yaşayan azsaylı xalqların öz milli dövlətlərini qurması mümkün deyil.

Hətta elə çoxsaylı xalqlar (uyğurlar, kürdlər, katalanlar) da var ki, hər cür resursları var, amma öz dövlətlərini yarada bilmirlər.

Milli dövlət quran xalqların avtomatik xoşbəxt olması kimi bir qayda da yoxdur.

Yer üzündəki 200 dövlətin yalnız üçdə biri hüquqi dövlətddir, qanunun aliliyinin bərqərar olduğu rejimləri var.

Yerdə qalanlarda isə vəziyyət elədir ki, xalqların böyük dövlətin içində və ya müstəqil dövlətdə yaşamasının heç bir fərqi yoxdur - hər iki halda istibdad altındadırlar.

Düzdür, bəzən milli diktatura rejimi kimlərəsə məqbul görünə bilər, amma bu “kimlər” məhz müstəbidlər və onlardan bəhrələnənlərdir. Məzlumlar üçün heç bir fərqi yoxdur.

Bəs bu halda azsaylı xalqlar nə etsinlər, özlərini necə inkişaf etdirsinlər, təhlükəsizliklərini necə təmin etsinlər, çoxsaylı xalqların içində əriyib getməkdən necə qurtulsunlar?

Bunun yolu var və Avropa qitəsində bir çox azsaylı xalqlar bu problemi həll ediblər.

Bu çıxış yollarından biri hüquqi dövlətin tərkibində muxtariyyata malik olmaqdır. İstər azad Avropada, istərsə də avtoritar Rusiyada xeyli azsaylı xalq var ki, müxtəlif statuslu federal subyektdirlər. Onların içində respublika status olan böyük xalqlar da var, mədəni muxtariyyata malik azsaylı xalqlar da.

Adicə qulağımızın dibindəki Dağıstanda onlarla azsaylı xalq var, bir respublikada birləşiblər və asudə yaşayırlar. Onların hər biri separatçılığa başlasa, Dağıstanın hər dağında, dərəsində bir dövlət əmələ gələr.

Azərbaycan monoetnik dövlət deyil. Burada xeyli azsaylı xalqlar var - bir kənddə yaşayan udinlərdən, xınalıqlılardan tutmuş ta azsaylı xalqların ən çoxsaylısı talışlara qədər.

Təbii ki, bu xalqların hər birinin öz dillərini, adət-ənənələrini, mədəniyyətlərini yaşatmaq haqları var və bu istiqamətdə onlara mane olan yoxdur.

Bəzən bölgələr üçün xarakterik olan problemləri sadalayır, onlara milli-siyasi don geyindirməyə çalışırlar.

Ancaq fakt odur ki, Lənkəranda, Nicdə, Qusarda olan sosial problemlər Ucarda, Tovuzda, Salyanda da var.  

Ən pisi odur ki, xalqın gün-güzəran problemləri və milli hissləri üzərində oynayaraq, ara qarışdırmaq, ədavət yaratmaq, bununla da bağlı olduğu dairələr üçün təzyiq rıçaqları düzəltmək istəyənlər var.

Əslində isə xalqını sevən, onun xoş güzəranı, inkişafı üçün çalışan adam onu min illərlə bağrı-badaş olmuş qardaş xalqdan qoparmaq, düşmənə çevirmək istəməz.

Məsələn, Azərbaycan talışları ilə Azərbaycan türkləri min illərdir iç-içə yaşayırlar, minlərlə qarışıq nikahlar var. Hər iki xalq bir-birilə çox qaynayıb-qarışıb. Bu xalqların arasına nifaq salmaq, düşmənçilik toxumu səpmək təkcə vətən xainliyi deyil, eyni zamanda mənsub olduğu xalqa düşmənçilik etməkdir.

Özləri dünyanın ən rahat ölkələrində bəy-xan kefində yaşayan şəxslərin törətdiyi fitnə-fəsadın qurbanı kim olacaq? Yenə kasıblar, yenə məzlumlar, adi, sadə adamlar.

Bəzən ortaya dil söhbəti atırlar, deyirlər, azsaylı xalqların dilini inkişaf etdirmək imkanı yoxdur.

Guya bir neçəsindən (ingilis, alman, rus, ispan, fransız) başqa, onlarla digər çoxsaylı xalq öz diliyə dünyanı fəth edir?

Sovet dövründə Bakıda aparıcı dil ruscaydı. İndinin özündə müstəqil Azərbaycanın dövlət dili böyük qonşuların (Türkiyə, Rusiya, İran), o cümlədən ingilis dilinin basqısı altındadır.

Özünü talış xalqının “milli-azadlıq mübarizi” sayan Fəxrəddin Aboszadənin həbsi ilə bağlı söz-söhbət yaradanlar isə unutmasınlar: yadellilər iki xalqı düşmən etmək üçün çox hiylə düşünəcək, fitnəyə əl atacaqlar, əsas məsələ fitnədən uzaq olmaqdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ