SON DƏQİQƏ

Ateistlərə sadə cavab

Tarix:

28-08-2018, 14:39

/ 10 897 dəfə oxundu.
Ateistlərə sadə cavab

Bir gün bir ateistin yanında Allaha dua edirdim, o isə mənə rişxənd edərək belə dedi: “Mən də sənin kimi “BALACA QIZ” olanda elə bilirdim ki, ALLAH VAR, amma sonra gördüm ki, göydə buluddan başqa heç nə yox imiş”...

 

Hərdən inanmaq üçün görmək lazımdır, hərdənsə gözəgörünməz hadisələr ən real yer tutur. Nəyə görə biz görmə qabiliyyətimizə bu qədər güvənirik? Halbuki ətraf mühitdə bir çox mövcud şeylər vardır ki, biz onları görmürük. Məsələn: musiqi – eşidirik, amma görmürük, külək – hiss edirik, vıyıltısını eşidirik, amma görmürük. Deməli gözümüz elə də etibarlı mənbə deyildir. əgər bir şeyi görmürüksə, bu o demək deyil ki, həmin şey mövcud deyil. Sadəcə bizim onu görmə qabiliyyətimiz məhduddur.

Biz özümüz də məhdudlaşdırılmış canlarıq. Məsələn: əslində biz bu bədən deyilik, biz ruhuq. Bədənimizi tərk edən gün bütün iztirablarımız, ağrılarımız yox olacaq. Ancaq gəl ki, biz bunu edə bilirikmi? Yox. Çünki bizim bunu etməyimizə məhdudiyyət qoyulmuşdur. Bədən bizim qəfəsimizdir. Bunun kimi digər hislərimizə də beləcə məhdudiyyət qoyulmuşdur. Yəqin ki, Ulu Tanrimiz bizim Onu görməyimizi özü məsləhət bilməmişdir ki, bunu etməmişdir.

Uca Tanri həm çox uzaqda, həm də çox yaxındadır; O, hər şeyin daxilində, həm də xaricindədir. O, hər şeyin səbəbkarıdır. O, sonsuz qüvvət, qüdrət və mərhəmət sahibidir. O, hər zaman bizim yaxşılığımızı istəyir. Ananın evlada ona məhəbbəti ən ülvi və ən böyük məhəbbətdir, lakin O, bizi ananın evlada olan məhəbbətindən də qat-qat artıq məhəbbətlə sevir. O, hər kəslə mehribandır. O, mükafatlandırmağa tələsən, cəzalandirmağa səbr edəndir. O, hər şeyi bilən və doğru qərar verəndir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ