SON DƏQİQƏ

Dostlar...

Tarix:

13-07-2018, 18:10

/ 10 680 dəfə oxundu.
Dostlar...

Rauf İlyasoğlu

İnsan ömrünün ən yadda qalan, şirinli, qayğılı, unudulmaz illəri tələbəlik, yataqxana həyatı, əsgərlik və istehsalat illəridir. Tələbəlik illəri ən yadda qalan xatirələrdir. Şəkildə gördüyünüz bu dostlarım mənim tələbəlik illərimin, yataqxana həyatımın unudulmaz canlı tariximizdir. Düz 40 ildən çox vaxt keçir o illərdən. 1977-78-ci illərdən 1982-83-cü illərə qədər olan mənalı xatirələrlə dolu tələbəlik dostlarımız.

Yarım əsrə yaxın vaxt keçsə də, bu gün yenə də bir yerdəyik.

Bu dəfəki görüş yerimiz Mərdəkan qəsəbəsinin mərkəzindəki “Görüş” restoranı oldu. Gözəl, yaraşıqlı xudmani məclisimiz musiqi sədalarının müşayiəti ilə gecəyə qədər davam etdi.

Yataqxanada bir yerdə qaldığımız şirinli və acılı xatirələrimiz yada düşdü. Cavanlıq şıltaqlıqlarımız bir-bir xatırlandı.

Sabirlə Emilin zarafatları, hamının Qağa deyə müraciət etdiyimiz Ələddinin baməzə işləri, İlyasın, Əlinin, Oqtayın, Raufun (Göyçaylı tələbə dostumuzdur, mən Rauf isə ağdamlı olsam da, Qubadlı matoruyla), Əlinin, Mir İbrahimin yeniyetmə və gənclik illərində mənalı sərgüzəştlərimizi yada saldıq. Dedik, güldük. Bir çox itirdiklərimiz tələbə dostlarımızın xiffətini çəkdik, kədərləndik.

Lakin həyat davam edir. Bir vaxtlar qara saçlarımızın, şivərək, cavan olduğumuz illərin həsrətini çəkdik. Elə bil bir kino lenti kimi ömürdən keçən o anları xatırladıq. Gah kövrəldik, gah da Gəncə həyatımız yada düşdü. Səxavət qardaşımız da uzun illərdir ki, bizimlə bir yerdəyik.

Babəkli Mir İbrahim, Şahbuzun Yuxarı Qışlağından Ələddin, mən Rauf İlyasoğlu (Ağdam-Qubadlı), Oqtay Tovuzlu, Sabir Şərurlu (Ərəbyeycəli), İlyas Culfalı, Rauf Göyçaylı, Əli Biçənəkli (Şahbuzlu), Səxavət Naxçıvanlı, Emil və Nəcəf Gəncəli - Naxçıvan matoruyla) və adlarını çəkmədiyim neçə dostlarımız Azərbaycan Texnologiya Universitetinin məzunları - hərəmiz bir sahədə özümüzə mövqe tutmuş dostlarımızla qürur duyuruq.

İldə bir neçə dəfə bir yerə yığışıb sanki bir-birimizə hesabat veririk. Çoxumuz baba olmuşuq. Olmayanlara da baba olmaq qismət olsun.

Bu dəfəki tədbirin təşkilatçısı qağamız Ələddin oldu. Sapramatı, riyaziyyatı gözüyumulu həll edən Qışlaqlı balası, Xalqın oğlu, Elin oğlu bu adı qazanmaq özü bir şərəfdir.

Növbəti tədbirlərimizin təşkilatçılığını İlyas qardışımız öz üzərinə götürdü. Çünki İlyas həm babadır, həm də ağsaqqallıq missiyasının öhdəsindən layiqincə gələn, işini zərgər dəqiqliyi ilə ölçüb-biçən xeyirxah dostlarımızdandır. Bu dostlarımızın hər birinin həyatı bir dastana sığmaz. Köklü nəslin nümayəndələri bu gün də gənclərə bir örnəkdir. Bizim bu dostluğumuz təmənnasız və sonsuzdur.

Eşq olsun bu dostluğu yaşadan oğullara.

Dostla duz-çörək kəsəndə, dosta qarşı sədaqətli olanda, dostun şirin və acı günlərində yanında olanda bu dostluğun tarixi əsrlərlə uzanır və qırılmaz tellərlə bir-birinə bağlı olur.

Allah bütün dostları qorusun.

Dostlar...

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ