SON DƏQİQƏ

Nankorluq

Tarix:

29-05-2018, 14:53

/ 11 009 dəfə oxundu.
Nankorluq

Rauf İlyasoğlu

Azərbaycanın çörəyini yeyib, sonra da xalqına nanakor çıxanlar tarix boyu lənətlənir

 

Erməni əsilli insanları vəzifədən uzaqlaşdırmalıyıq. Belələri bu gün də millətə qənim kəsilirlər.

Kinorejissor-dramaturq Rüstəm İbrahimov görəsən hansı bəxşişlərin müqabilində milli satqınlığa əl atıb? Əgər onun ürəyindən Oskar keçirsə bu şərəfsizlik, vətənə xəyanət kimi başa düşülməlidir.

Xalqı təhqir etmək əclaflıqdır. Heç bir xalqı təhqir etmək yaramaz.

Öz xalqını çəkdiyin filmdə aşığalamaq nə deməkdir?

Sənətinin diliylə millətinin haqlarını tapdalayıb, öz içindən xalqını vuran “sapı özümüzdən olan baltalar”ın geni yoxlanılmalıdır.

Bir müddət əvvəl könlündən dövlət rəhbəri keçən “Milli Şura”ya rəhbərlik edən yaramaz bir insan, erməni kəşfiyyatına qulluq edən agentdir. Azərbaycan xalqına qarşı aşağılayıcı film çəkərək dünyaya bəyan edən Rüstəm İbrahimov erməniyə ermənidən daha çox xidmət edən antiazərbaycanlıdır.

Əkrəm Əylisli kimi ucuz şöhrət axtaran İbrahimbəyovun könlündən Oskarlar keçir bəlkə?!

Dramaturq, yazıçı, ssenarist olan Rüstəm İbrahimbəyov vətəndaşlıqdan azad olunmalı və bütün dövlət təltifləri ondan geri alınmalıdır.

Əkrəm Əylisli yoluyla gedən belə yaramazlar xalqımızın əsl düşmənidirlər.

Görəsən Anar müəllim, Elçin müəllim bu məsələyə niyə münasibət bildirmirlər?

Necə ola bilər ki, doğulduğun torpağı, yediyin çörəyi, udduğun suyu unudaraq azərbaycanlı ola-ola millətinə qənim kəsiləsən?

Azərbaycanın xalq artisti, professor, sevimli aktyor, rejissor, dostumuz Ramiz Əzizbəyliyə vaxtilə xarici ölkədə erməni milyarderlərindən biri demişdir ki, sənə nə qədər desən pul veririk, Azərbaycan qadınını pozğun rolunda çək.

Bu təklifi rədd edən Ramiz Əzizbəyli demişdir:

- Milyon dollar da versəniz, mən belə film çəkə bilmərəm. Azərbaycanın qadını dünyanın ən təmiz qadınıdır.

Baxmayaraq, yataq xəstəsi olan və pula ehtiyacı olsa da kişi qeyrətli Ramiz müəllim yağlı təklifdən qəti imtina etmişdi. Allah Ramiz Əzizbəyliyə ömür versin.

Görəsən vaxtilə Rüstəm İbrahimbəyovu tərifləyənlər niyə susurlar?

Rüstəm İbrahimbəyovun nəyi yox idi ki? Fəxri adları, təltifləri, bol-bol mükafatları və s.

Sadəcə, o, nankor çıxdı vətən çörəyinə, dövlətinə və millətinə.

 

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər