SON DƏQİQƏ

Uğurun ardınca

Tarix:

8-05-2018, 21:19

/ 10 794 dəfə oxundu.
Uğurun ardınca

Hər bir insan həyatda uğurlar qazanmaq istəyir, lakin bir çoxları bunu sadəcə dildə istəməklə qalır, çünki uğur qazanmaq üçün heç bir fəaliyyət göstərmir və ya göstərməyə cəsarət etmir.
Ona elə gəlir ki,bu işi bacarmaz.lakin belə deyil.İlk öncə uğurlar əldə etmək üçün hesablamalar etmək lazımdır. Öz həyatını dağınıq və məqsədsiz yaşamaq yerinə həyatımızı qanunlar çərçivəsinə salıb nizamlamaq lazımdır. Unutmayaq ki, hər gün ömürdən gedir, sabah bu günkü qədər cavan olmayacaqsınız yəni bir gün daha qocalacaqsınız yaxşı bəs gəlin görək fələyin ömürdən apardığı bir gündəki uğurunuz nə olacaq?
İnsan əgər nəsə uğurlar əldə etmək istəyirsə gərək zamanın və qazancını dəyərləndirsin. Zamanın qədrini bilmək bir işə və ya bir qərara tələsmək demək deyil, səbrli  və təmkinli olmaq lazımdır. Qazancı dəyərdə saxlamaq isə xəmislik və xəsislik etmək deyil sadəcə olaraq zamanın və pulun dəyərini bilmək və dəyərləndirməyi bilməkdir.
Bütün bunlardan bir nəticə çıxaraq:
1.Zaman geri qayıtmır, qədrini bilmək lazımdır.
2.Pul asan qazanılmır, düzgün xərcləməyi və dəyərləndirməyi bilmək lazımdır
3.Düzgün qərarlar verməliyik, peşman olacağın addımı atma, atalar düz deyib yüz ölç-bir biç.
4.Məsləhətləri həmişə dinlə, fərqli beyinlərdə fərqli ideyalar olur bu məsləhətlərlə öz fikir və ya ideyanı birləşdirib ən düzgün olan qərarı verməyi bacar.
5.İradəli və əzmli ol, pis hadisələrin, fikirlərin təsirinə düşməməyi öyrən, fikirinin uğursuzluqla nəticələnəcəyinə inanmağın və pessimistliyin təsirindən xilas ol.
6.Yaradıcı fikirlərin olsun, həmişə inkişaf etməyi düşün, həm maddi həm də mənəvi cəhətdən amma ilk öncə mənəvi cəhətdən inkişaf etmək və zənginləşmək lazımdır.
    Bütün bunlardan da göründüyü kimi ən əsas faktor zaman faktorudur.yəni keçən zamanımızı dəyərləndirmək və qiymətləndirmək lazımdır.
Qısaca uğur və zamanı boşa itirməmək.
  Vəli ƏDİBOĞLU
скачать dle 12.1

Şərhlər