SON DƏQİQƏ

Mənəviyyatın uğuru

Tarix:

12-01-2018, 16:18

/ 4 130 dəfə oxundu.
Mənəviyyatın uğuru

Əsl qohum və əsl dost münasibətləri: -Ayə, Fərzəli, öz aramızdır, Fəraməz yaman qabağa gedir aa. Doğma xalanın oğludur. Zəng et, de ki, ay əclaf, bir əl tut da! Heç olmasa, iki bacının uşaqlarıyıq. Nəyə oturmusan o vəzifədə?
Yaxud:
-Deyirəm, Ələsgər! Vaxt var idi Səmədlə bir patokda oxuyurduq. Nimdaş köynəklə gəlib gedirdi. İndi oğraş gör haralara gedib çıxdı. Daha bizi saymaz. 
Digər variantlar:
-Sərvinaz xanım, qohumunuz Qalib müəllim sizi görmək istəyir. 
-De ki, yoxdur. (Öz-özünə deyir: bu da haqq deyib durub. İşə qoymuşdular, çapıb-talayıb özünə gün ağlayardın da. Yaşın əlliyə çatır. Hələ evin də yoxdur. Elmə, savada, düzlüyə tüpürən var? Guya sən özünü bizdən ağıllı sanırsan? O ağıllılıq yaxşı olsaydı, əsla sənə buraxmazdıq onu. Xüləs, xatası bizdən uzaq. Bu var-dövləti ələ keçirincə nələrdən vaz keçmişəm. Ağrımayan başıma niyə duz bağlayım?! Qoy rədd olsun! Nə qohum? Arazdan keçəndə dal-dala dəymişik.). 
Bir müddət keçir. Tale Qalib müəllimin də üzünə gülür (təbii ki, maddi yox, mənəvi cəhətdən). Artıq elmi ictimaiyyət Qalib müəllimi yüksək keyfiyyətlərə malik layiqli və milli bir ziyalı kimi qiymətləndirir. 
Artıq Sərvinaz xanım gördüyü hər kəsə, xüsusən, elm adamlarına evi və pulu olmayan Qalib müəllimlə yaxın qohumluğundan, uşaq yaşlarından onun istedadına, ailə tərbiyəsinə və s. bələd olduğundan ağızdolusu danışmağa başlayır, tərflədikcə tərifləyir. 
Toplananların yerini dəyişəndə cəm dəyişmir. Yenə də qohum Sərvinaz sərvət içində, Qalib müəllim isə ehtiyac burulğanında. Qalib müəllimi ovunduran mənəvi uğuru, Sərvinaz xanımı dəli edən malın çoxluğu.

İdris Abbasov

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ