SON DƏQİQƏ

Əliağa Vahidin oğlu ilə görüş - FOTO

Tarix:

15-12-2017, 15:09

/ 2 352 dəfə oxundu.
Əliağa Vahidin oğlu ilə görüş - FOTO

 

Qəzəlçi şair Əliağa Vahidin yazdığı qəzəllər nəinki Azərbaycanda, Şərq dünyasında da məhşurdur. İstər İran İslam Respublikasında, istərsə də Azərbaycanda Əliağa Vahidin qəzəlləri görkəmli xanəndələr və ustad sənətkarlar tərəfindən sevilə-sevilə oxunur.

Atam İlyas Allahverdiyev Böyük Vətən Müharibəsindən qayıdandan sonra Daxili İşlər Nazirliyində çalışarkən bədii yaradıcılıqla da məşqul olurdu. Bir gün İlyas müəllim yazdığı 5-6 qəzəlini o vaxtlar Qubernat bağı adlandırılan indiki Fəvvarələr bağı olan yerə gətirərək Əliağa Vahidlə görüşür və ona bir piti qonaqlığı verir. Əliağa Vahid atamın qəzəllərini alır və deyir: “İlyas bala, bir az xəstəhalam, babatlaşım, bunları oxuyub sənə bir söz deyərəm”. 15 gün keçəndən sonra Əliağa Vahid dünyasını dəyişir atam çox heyfislənir.

Ustad sənətkarda güclü yumor hissi var idi. Bu gün görkəmli qəzəlxanın oğlu Ramiz Əliağa Vahid oğlu “Günaz.az” saytının qonağı oldu. Ramiz müəllim atası ilə bağlı kövrək xatirələrini danışdı və söz verdi ki, atasının çap olunmayan qəzəllərini bizə təqdim edəcəkdir.

Uzun illər ötsə də Əliağa Vahidin qəzəlləri dillər əzbərinə çevrilərək xalqımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır.

 

Rauf  İLYASOĞLU

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ