SON DƏQİQƏ

Hacı Zeynalabdin Tağıyevin ruhu..

Tarix:

11-12-2017, 20:11

/ 2 770 dəfə oxundu.
Hacı Zeynalabdin Tağıyevin ruhu..

 

.Çörəyi dizi üstündə olmayan kommunist Nəriman Nərimanov xeyirxah Hacını elə onun öz bağ evində gizlətmişdi: beləcə, o dövrün millət atasını sovet - bolşevik adı altında daldalanan yəhudi-rus-erməni irticasından qorumaq istəyirdi. 
Bir dəfə Nəriman Nərimanov işləri ilə bağlı Moskvaya yollanmışdı, gecə yuxusunda Hacının nuranı simasını gördü, ağsaqqal incik halda ona baxıb başını buladı: "Biz bu məmləkəti ona görə qurub-yaratdıq ki, kasıb-küsüb hakimiyyəti əlinə alıb altını-üstünə çevirsin?!" Azərbaycanın milli qeyrətli baş kommunisti al-qan içində yuxudan diksindi və səhərin gözü açılmamış poçt ilə Bakıya - Azərbaycan Kommunist (bolşevik) Mərkəzi Komitəsinin büro üzvlərinə teleqram yolladı: "Hacı Zeynalabdin Tağıyevin başında bir tük əskik olsa, hamınızı cəzalandıraram..."

...Bağ evinin qapısı zərblə açıldı, uşaqların qışqırığı, qadınların ah-naləsi yaşı əsri adlamış Hacını erkən yuxudan oyatdı. Bir dəstə çekist onun vaxtilə Bakıda tikdirdiyi onlarla binanın arasında seçdiyi, xalqın tələbi, Nərimanovun qətiyyəti ilə bu böyük xeyriyyəçiyə yaşamaq üçün ayrılmış bu mülkündə hökmlə o nuranı şəxsə baxırdılar.
Qəfildən Hacının iri, hələ də nurunu itirməmiş gözləri gələnlərdən birinin üzərinə zilləndi, onun kəskin baxışından azərbaycanlı çekist başını aşağı əydi. Gələnlərin içində yeganə müsəlman bu çekist idi.

Hacının dəmir yaddaşı ani olaraq işıqlandı və vaxtilə yaxın dostu tərəfindən onun düzənlədiyi xeyriyyə tədbiri vaxtı onun yanına gətirilən, alnındakı ermənilər tərəfindən partladıldığına görə gözəçarpan çapığıyla başqa yeniyetmələrdən fərqlənən oğlanı ona təqdim etdi: "Həci, bu uşaq səni söyən 3 erməni ilə savaşıb, indi oxumaq istəyir,fəqət təhsil haqqına görə məktəbdən qovulur, nə edək?!"
Yeniyetmə Hacının əlini öpəndə, Tağıyev onun başından tutdu, baxışlarını oğlanın qara gözlərinə dikdi, alnından öpdü: "Bundan sonra oğlum kimi bütün xərcləri mənlikdir..."

...İndi həmin yeniyetmə ruhunu sovetlərə satmışdı və Hacını həbs edib xalq düşməni kimi güllələmək üçün xalq xeyirxahının dalıyca göndərilmişdi...
Hacı ruhu ilə sanki danışırmış kimi özü-özünə yavaşdan pıçıldadı: "Ey gidi dünya, zəmanənin gərdişinə bax ki, uşaqlar böyüklərə qarşı qoyulur..."

...Azərbaycanlı çekistin yanaqlarını alışıb-yanırdı...

Bu zaman həyət darvazası yenə tələsik açılıb-çırpıldı. Gənc bir çekist içəri dürtüldü və ondan qabaq gələnlərin qarşısında duran nisbətən yaşlı komissara yaxınlaşıb qulağına nəsə pıçıldadı. Yaşlı çekist onun başına qışqırdı, cavan isə səsinin tonunu qaldırıb az qala çığırdı: "Tovariş Narimanov prikazal, ara!.. - Yoldaş Nərimanovun əmridir,ara!.."

Çekistlər suyu süzülə-süzülə, əliboş geri qayıtmağa məcbur oldular...

P.S. Gecə 101 yaşlı Hacı Zeynalabdin Tağıyev yuxuda özünü göylərdə süzən ruh qiyafəsində gördü.
Onun narahat ruhu hələ də Azərbaycanın göylərində o tərəfə-bu tərəfə vurnuxur, məmləkətin gözəl günlərini səbirsizliklə gözləyirdi...

Hacı Zeynalabdin Tağıyevin ruhu..Aydin Xan Ebilov

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ