SON DƏQİQƏ

ÖZÜMÜZƏ QAYIDAQ! “QINIMIZDAN ÇIXMAYAQ”

Tarix:

30-10-2017, 19:45

/ 1 617 dəfə oxundu.
ÖZÜMÜZƏ QAYIDAQ! “QINIMIZDAN ÇIXMAYAQ”

Cəmiyyətdə yaranmış ictimai və mənəvi-əxlaqi korlanma hər bir özünü tanıyan Gənc vətəndaşı və ziyalını narahat etməyə bilməz. Əgər bir mənəvi aşınma ki, Ölkəni tənəzzülə aparır və insanlarını isə “İnsanlıq”-dan çıxarırsa.....

Təbii ki, aşınmaların çoxu Xarici dövlətlərin yetirdiyi iyrənc siyaəstin bir tərkib hissəsidir ki, bunu nəzərdə tutduqları və yavaş-yavaş süquta uğratmaq istədikləri ölkələrə ötürürlər. Həmin ölkələrdən biri də biz türklərin yaşadığı və gözümüzün nuru olan Azərbaycandır.

Amerika, İngiltərə, Fransa, Rusiya, Çin və İran kimi böyük dövlətlərin özünəməxsus mədəniyyəti yalnız özünə xeyir verirsə, bizə ziyan verir.

Bu dediyim mənəvi aşınma özünü geyim-keçimdə, saç düzümündə, musiqidə, rəftarda, seriallarda, kinolarda və verilişlərdə daha qabarıq göstərməkdədir. Gənclər yol gedərkən, qulaqlarında qulaqcıq olur, gözləri isə telefonda. Daha xəbərləri yoxdur ki, qarşıda onları gözləyən uçurum və harınlamış şoferləri olan vəhşi maşınlar gözləyir ki, bir göz qırpımında onları vuararaq inkir-minkirlərin qucağına tullasınlar. Heç hansısa Xarici ölkə bizdən nə isə əxz edirmi? Təbii ki, xeyr, bizdən yalnız xeyir oğurlayır, əvəzində özlərindəki zərərverici vasitələri isə Türkiyə xətti ilə bizə verdilər. Verirlər də..... Məsələn, İranda-fars torpaqlarında Məhərrəm ayı, xüsusilə Aşura günü bizdə keçirildiyi kimi eybəcər, insanlıqdan uzaq şəkildə keçirilmir. Fars heç bir vaxt İslam müqəddəslərinə görə özünü zəncirlə döyüb incitməz, biçaqla, qılıncla başını yarıb qanını tökməz və sinə döyərək əzab-əziyyətə düşməz. Bunu, ancaq Cənubi Azərbaycan torpaqlarına, Azərbaycana(yəni ki, bizə) sırıdılar. Çoxumuzun bildiyi kimi, həmin ənənə Səfəvilərin dövründən-Şah İsmayıl Xətainin vaxtından qoyulmuşdur ki, indi də Ölkəni onun təsirindən çıxarmaq müşkül məsələyə çevrilmişdir. Bizimkilər Müqəddəs ziyarətgahlarda(Kərbəlada) boyunlarına zəncir taxaraq özlərini it kimi aparır, it kimi sürünür və it kimi hürərək özlərini həmin ziyarətgahlarda yatan müqəddəslərin qulu-köləsi adlandırırlar. Axı bu, Türk kişisinə yaraşmayan bir haldır.  Farslar adlarını sadaladığım bu mənfiliklərin heç birini etməyərək özlərini aşağılamırlar. Amma saxta hədisləri səhih hədis adı ilə Azərbaycana yollayaraq, bizimkiləri bu axmaq hərəkətləri yerinə yetirməyə məcbur edirlər.

1994-cü ildən sonra yurdumuza Səudiyyə Ərəbistanı vasitəsilə “Vəhhabilik” məzhəbi gətirildi. Bu, elə bir məzhəbdir ki, onun mənsublarının nə Allah qatında hörməti, nə müqəddəs İslamdan payı və nədə ki, cəmiyyət daxilində nüfuzları vardır. İctimaiyyətin onlara qarşı rəyləri bəllidir və özləri də bunu çox gözəl bilirlər. Onlara da yalançı və səhih olmayan hədislər göndərərək yoldan çıxartmışdırlar. Azərbaycan cavanlarının bəziləri yelbeyin və savadsız olduğundan İraqa və Suriyaya gedərək məhv oldular. Əqidədə salamat olan bəzi dindarlarımız həmin vəhhabiləri-sələfiləri “Xəvaric” adlandırırlar. “Xəvaric” sözünün mənası isə ərəbcə “dindən çıxan” deməkdir.

Seriallar bərbad şəkildədir. Orada Azərbaycan kişisinin və qadınının ailə-məişət problemlərini, yaşayış tərzlərini əsas mövzu kimi tutaraq, nəinki, ictimaiyyətə təqdim edirlər, hətta Xarici ölkələrə də yayımlayırlar. Xaricilər də bizə, yəni Azərbaycan millətinə tərs-tərs baxır və bir antipatiya yaradaraq gülürlər. Bunun səbəbkarı isə yenə də bizik.

Verilişlərə gəldikdə isə, xoşauralı, müsbət və ürəkaçan şeylərlə heç vaxt rastlaşmırsan. Ancaq neqativ mövzulardan-həkim, cürbəcür xəstəliklər, dərman və xəstəxanalardan danışılır.

Biz, vaxtı ilə, uğrumuzda gecə-gündüz tər tökən, əsl vətənpərvər mücahid kimi fəaliyyət göstərən, hətta ölümlə də üz-üzə qalan Həsən bəy Zərdabinin, Ömər Faiq Nemanzadənin, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin və Firudin bəy Köçərlinin bizim üçün qoyub getdiyi ənənəvi mirası qoruya bilmədik çox təəssüflər olsun. O mirası öz əlimizlə başqalarına-düşmənlərə verdik ki, bizi məhv etsinlər. Biz öz sələflərimizə qarşı xilaf çıxdıq. Buna görə də biz Azərbaycan türkləri daima əzab-əziyyət, zülm, sürgün, ölüm, məhbəs və əsarət gördük. Çünki, o vaxtı əcdadlarımız olan Oğuz türkləri də Dədə Qorqudun sözünə baxmyaıb qardaş qırğınına bais olduqları üçün Dədə Qorqudun qarğışına tuş gələrək daşa döndülər. Biz də öz haqqımız olan halal mirasımızı qorumadığımız üçün və ona vaxtında sahib çıxmadığımıza görə Allahın cəzasına və əcdadların incikliyinə tuş gəlmişik. Bu miras, “Sırf Azərbaycan və Azərbaycançılıq uğrunda mübarizə”,  “Qədim ənənəvi adətlərimizin, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin qorunması və müdafiə olunması”, “Vətən, Millət, Dövlət” prinsipləri uğrunda mübarizə və “Maarifçilik və Elmə üstünlük verilməsi” idi. Bir daha çox təəssüflər olsun ki, bunların heç birinə riayət olunmadı, yada salınmadı......                                                             Birimiz rusa, birimiz farsa, birimiz fransıza, birimiz ingilisə, birimiz yəhudiyə və digərimiz isə ərəbə bənd oldu deyənə, Azərbaycan, Azərbaycanın birliyi və digər müqəddəs amallar yaddan çıxdı. Elə bir vəziyyətdəyik ki, hətta özümüz belə, özümüzün yadından çıxmışıq. Təzə ixtira olunan kompüterlər, telefonlar, sosial şəbəkələr və virtual aləm bizi məhv etdi.

Azərbaycan həmişə yadellilərin yem yeri olmuşdur. Ölkəmiz daima talanmışdır. Millətimiz İmperialist dövlətlərin ölkəmizə rəhbərliyi zamanı qul kimi işlədilmişdir. Satın alınmışdırlar. Sənətkarlarımız qərib ölkələrə aparılmış, oradan isə cahillər, nadanlar, fitnəkarlar, hökümətdən narazılar və cinayətkarlar isə müqəddəs Vətənimizə gətirilmişdirlər, özüdə ki, məqsədli şəkildə....... Bu günləri, Azərbaycanın ictimai həyatında baş verən çaxnaşmaların, təxribatların, fitnə-fəsadın və cinayətkarlığın baiskarı həmin bu, vaxtı ilə, ölkəmizə gətirilmiş başkəsənlərin törəmələridirlər. İnsan alverçiləri buradan Ərəb ölkələrinə, xüsusilə Dubaya “azərbaycanlı qadını” adı altında qadınlar göndərirlər. Həmin əxlaqsız qadınların üstündə “Azərbaycan qadını”-nın adı vardır. Amma bu pis yola düşənlərin milliyyəti məlum deyildir. Onlar qanıqarışıqlardırlar ki, bizim Türk xanımlarının təmiz və gözəl adına silinməz bir ləkə gətirirlər. Çünki, varlı ərəb şeyxlərinin bunlardan heç bir xəbəri yoxdur. Beləliklə, bu cür milli kimlikdən məhrum olmuş və heç bir dəyəri olmayan nakəslərin ucbatından Azərbaycanımız və millətimiz Dünya ictimaiyyətinin nəzərində başqa cür tanınırlar. Ölkəmizin daxilini də çox bərbad vəziyyətə salmışdırlar. Meyxana, it boğuşdurmaq, xoruz döyüşdürmək və quşbazlıq isə insanların əsas peşəsinə və məşğuliyyətinə çevrilmişdir. Azərbaycanın cəsur türk oğulları həmişə at belində olmuş, qılınc oynatmış, nizə-ox atmış və babalarımızın dili ilə desək, kafir başı kəsmişdirlər. İndiki dövrdə gördüyümüz bu naqisliklər insanda bir ikrahdoğurucu hiss yaradır.

Son iki əsrdə rus imperiyası tərəfindən iki dəfə işğal olunaraq əsarət altına salındıq. Amma Dünyada gedən hərbi-siyasi proseslər onu göstərir ki, bizim üçüncü dəfə yenə də bu, imperiya tərəfindən işğal olunma ehtimalımız vardır. Biz yalnız Allahdan kömək istəyə bilərik ki, bir daha əsarət altına salınaraq, onsuz da qara torpağın sümükləri belə, çoxdan çürümüş əcdadlarımızın o çürümüş sümüklərini bir daha sızlatmayaq və öz naxələfliyimizlə pak ruhlarını da incidərək narahat etməyək. Azadlığımızı, hürriyyətimizi qoruyaq, xalqı maarifləndirərək müqəddəs bir bayrağın altında toplayaq!

Hz. Məhəmməd Peyğəmbər də(s.a.v.a.v) nadan və cahil ərəbləri Allahın mübarək əmri ilə yola gətirməkdə çox əzab-əziyyətlər çəkdi, hətta müşriklərin ona qarşı xaincəsinə hazırladığı ölümlə də qarşılaşdı. Amma Ulu Yaradan, bütpərəstlərin arzusunu ürəyində qoyaraq öz elçisini kafirlər ilə aparılan mübarizədə qalib qərar verdi. Hicri 8-ci ildə, miladi 630-cu ildə Allahın Rəsulu öz mömin ordusu ilə Məkkəni azad etdi və Kəbə evini bütlərdən, heykəllərdən və yalançı tanrılardan təmzilədi. Biz Azərbaycan türkləri də İslam Peyğəmbərinin ümmətiyik. Məqaləmin sonunu xoş sözlərlə bitirmək istəyirəm. İnşallah, biz də Peyğəmbərimiz kimi öz Vətənimizi xainlərdən qoruyar, onun hürriyyətini müdafiə edər və Milləti maariflənməyə doğru sövq edərik, amin! Çünki, bizim üçün miras qoyan şəxsiyyətlər də bu yolu getmişdirlər.

Ərtoğrul Mehdizadə   

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ