SON DƏQİQƏ
» » Həmin zat ifşa olunub alçaldıqca elm, ədəb və mədəniyyət yüksələcək!

Həmin zat ifşa olunub alçaldıqca elm, ədəb və mədəniyyət yüksələcək!

Tarix:

19-10-2017, 18:40

/ 2 602 dəfə oxundu.
Həmin zat ifşa olunub alçaldıqca elm, ədəb və mədəniyyət yüksələcək!

 Azərbaycan dilçiliyini inkişaf etdirməyin yeganə yolu faktlara söykənən elmi diskussiyalardan keçir. Televiziyalar, heç olmasa, həftədə buna 1 saat şərait yaratmalıdır.

 Debata, məsələn, 1 professor və 1 doktorant dəvət olunsa, daha məhsuldar olar. Bir də ki, fərq etməz. Yəni elmi titulun müxtəlifliyinin açıq nümayiş olunacaq elmə, biliyə nə aidiyyatı? Fənd işlətməyə alışmış alim dərhal biabır olacaq. Buna yüz faiz əmin ola blərsiniz. Çünki mötəbər mənbə və düzgün müddəa faktiki olaraq internetdə əks olunacaq. Yəni elmi şura və digər şuralarda lovğalığa, şantaja, üzə durmağa vərdiş etmiş titullu alimi-kəbir xalqın gözü qarşısında ifşa olunacaq. Həmin zat ifşa olunub alçaldıqca elm, ədəb və mədəniyyət yüksələcək!

Kor-kor, gör-gör! Söz sahibi alim qılafına girib laübalı həyat tərzinə alışmış nakəsləri hamı tanımalıdır. Onların cəmiyyətə vurduğu ziyanı, inanın ki, xarici yağı düşmən vura bilməz. Bəzi gəmirici əbləhlərə anlatmaq vacibdir ki, diplom başqa şeydir, zəhmət, vicdan, Vətənə, dövlətə və millətə xidmət bambaşqa şey!

Alim elm yarışına çıxmaqla öyünə bilər, özünü elmli göstərməyə çalışmaqla, gözə kül üfürüb elmi diskussiya mühitini öldürməklə yox. Ən qorxulusu odur ki, pis çoxluq azlığı da ağuşuna almaqdadır.

Elmin sinəsinə xərçəng azarı kimi yapışmış bəzi üzdəniraqlar milli elmin dəfni üçün molla, keşiş axtarışının təntənəsini yaşayırlar. Bu da dramatik yekun!

Söhbət dövlət maraqlarından gedirsə, bu gün "alim" adlı məxluqların fəaliyyətlərinin təftişi çox zəruridir. Kəsalətləri üzündən fəndə qurşanmış, gəncləri əllərinin altına salıb savadsızlaşdırmaq üçün elmi şuralarda və müdafiə şuralarında əsl savaş meydanı açmış, yalnız ciblərindəki diplomun eyforiyasını yaşayan, elmin və Vətən övladlarının başına oyun açan bu qəbil alim-professorlar dövləti və millətin elm kəsb edən övladlarını özlərinə borclu bilirlər.

Bəd ruhi xəstəliyə tutulmuş siçovul xislətli bu alimi-üləmalar artıq öz həmcinslərinin, hətta övladlarını didib-parçalamağın fərqində deyillər. Bu isə bəşəri bir fəlakətdir. Allah qorusun

 PS.Dilçilik elmimiz alimlik funksiyasını fırıldaq və fəndgirliyə transformasitya etmiş alimi-biəməllərin caynağından, görəsən, nə vaxt xilas olacaq?

 Həmin zat ifşa olunub alçaldıqca elm, ədəb və mədəniyyət yüksələcək!İdris Abbasov

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ