SON DƏQİQƏ

Soyadımızdan uzaqlaşmayaq

Tarix:

14-09-2017, 23:51

/ 1 459 dəfə oxundu.
Soyadımızdan uzaqlaşmayaq

Şair, əməkdar müəllim Oqtay Rza ilə nəşriyyatda tez-tez görüşüb onun şirin söhbətlərinə qulaq asmaqdan yorulmursan.

 

Bu dəfə çay süfrəsində  Rüstəm Behrudinin yubileyindən söhbət düşdü və onun şair haqda dediyi bir sözü xatirladı.  Sözə, sənətə, sənətkara qiymət verən və dilimizə diqqətlə yanasan ustad sənətkar  sözə başladı:

- Rüstəm heç vaxt böyük şair, görkəmli şair və s. sözləri ilə razılaşmır o həmişə deyir ki, şair sözünün özü elə böyükdür. Mən heç özümə şair demirəm.

- Yazıçılar Birliyində vaxt var idi əgər kimsə danışanda rus kəlməsi işlədirdisə, Xəlil Rza Ulutürk həmin yazarı cərimələyərdi.

Hər söz toplusuna

Nəzm deyilməz.

“Şöhrət azarına tutulanları,

Şöhrətin özü də

Sağalda bilməz”.

Milli duyğulu şairlərimiz, bütövlüyü arzulayan, insan məhəbbətli sənətkarlarımız qəribədir ki, öz soyadlarını farslaşdırırlar.

30-cu illərdə Sovet imperiyası “oğlu”, “li”, “lı” şəkilçili soyadları yığışdırıb “ov”, “yev”, “ı” bizə qəsdən sıradılar.

Keçən əsrin əvvəllərində Məmməd Səid Ordubadi, keçən əsrin ortalarında Hüseyn Razı, müasirlərimizdən Abdulla Qurbani, Rüstəm Behrudi və başqaları soyadlarına “i” sözünü artırmaqla milliliyimizdən niyə uzaqlaşırlar? Abdulla Qurban və ya Rüstəm Behrud məgər pis səslənir?

Onu da qeyd edim ki, Oqanaşvili və ya Georqadze yazılanda bilinir ki, gürcü soyadlarıdır.

Azərbaycanlı soyadları “li”, “lı”, “oğlu” şəkilçiləri ilə tanınır və tanınmalıdır. Hər hansı bir xarici ulduzun adını yaşatmaq öz milliliyimizi qorumaq sayılmaz.

Milli-mənəvi dəyərlərimizi milli ad və soyadlarımızda da yaşatmalıyıq.

Oqtay Rza fürsətdən istifadə edib  Milli şair Rüstəm Behrudinin ad gününü təbrik edərək ona can sağlığı da arzuladı.

Soyadımızdan uzaqlaşmayaqRauf İlyasoğlu

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ