SON DƏQİQƏ
» » NƏ SÜNNİYƏM, NƏ ŞİƏ, NƏ VƏHHABİYƏM VƏ NƏDƏ Kİ, RAFİZİ...... MƏN YALNIZ VƏ YALNIZ MÜSƏLMANAM!

NƏ SÜNNİYƏM, NƏ ŞİƏ, NƏ VƏHHABİYƏM VƏ NƏDƏ Kİ, RAFİZİ...... MƏN YALNIZ VƏ YALNIZ MÜSƏLMANAM!

Tarix:

13-09-2017, 00:13

/ 3 907 dəfə oxundu.
NƏ SÜNNİYƏM, NƏ ŞİƏ, NƏ VƏHHABİYƏM VƏ NƏDƏ Kİ, RAFİZİ...... MƏN YALNIZ VƏ YALNIZ MÜSƏLMANAM!

  Aləmlərin Rəbbi olan, kiçik bir qarışqanı belə, öz mübarək bərəkəti ilə ruziləndirən Allah, Ali İmran surəsinin 103-cü ayəsində buyurur: “Hamımılıqla Allahın ipinə(dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz, oddan olan bir uçurumun kənarında ikən, O, sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!”

Allah-Təala insanları hidayət etmək üçün Hz. Məhəmməd Peyğəmbəri(s.a.v.a.v) və onun vasitəsi ilə isə İslam dinini yer üzünə göndərdi. Hz. Məhəmməd(s.a.v.a.v) Yaradanın mübarək əmri ilə Məkkədən Yəsribə-Mədinəyə hicrət-köç etməsəydi, bəlkə də bu din bizə gəlib çatmayacaq və etdiyimiz ağır günahların hesabına Allahın göndərdiyi bəla ilə Roma imperatoru Neron kimi yerlə-yeksan olacaq idik. Çünki, İslam dini çox gözəl və yolgöstərən bir nemətdir.

Peyğəmbərin(s.a.v.a.v) yüzə qədər səhabəsi var idi, amma onların içində ən məşhuru bu dörd nəfər idi: Hz. Əbu Bəkr, Hz. Ömər, Hz. Osman və Hz. Əli(ə). Hz. Əbu Bəkr Siddiq, Hz. Əli(ə) isə Əsədullah(Allahın şiri) adlanırdı. Peyğəmbərin(s.a.v.a.v) əmanət qoyduğu Rəsulallah ailəsi(Əhli-Beyt) və on iki imam da müqəddəs şəxsiyyətlər idi.

Allah Məkkə müşriklərini məğlub edəndən sonra İslam dini bu məkanda bərqərar oldu və Allahın evi-Kəbə bütlərdən, heykəllərdən təmizləndi. Ərəbistan yarımadası İslamın hökmranlığı altında idi. Təkcə yəhudilərdən və xristianlardan başqa. İslam dini Ərəbistan yarımadasından sonra Şərqə, Afrikaya, Asiyaya və Qafqaza yayıldı. İslam dini barış dinidir, amma Xilafət əsgərləri onu qılınc gücünə yaydılar. Allahın müqəddəs kitabda lənətlədiyi yəhudilər Yaradanın dinini bərbad etmək, İslam dininin daxilində ixtilaf, çaxnaşmaq yaratmaq, müsəlmanları bir-birinə qarşı qoymaq üçün sonradan dinin içində təriqətlər, məzhəblər və firqələr yaratmağa başladılar. Şiəlik və Sünnilik-bu təriqətlər həm İslamın və həmdə ki, müsəlmanların başına bəla oldu. Hələ bu, azmış kimi, bu iki təriqətin daxilində İslama yad, müxtəlif və heç bir mənası olmayan məzhəblər yaradıldı. Demək olar ki, Allahın ayəsinə qarşı çıxıldı. XVI əsrdə Şah İsmayıl Xətainin siyasətinin bir parçası olan Şiə təriqətinin əsası qoyuldu. Bu təriqət həm Azərbaycan türklərinə, həmdə ki, İslam dininə zərər verdi. Səfəvilər dövründə Əfqanları məcburi surətdə şiələşdirmək istəmiş və əfqanlar isə bu zorakılığa qarşı qiyam qaldırmışdılar. Nə qədər Sünni təriqətindən olan müsəlmanların çoxu qırıldı və məcburi şiələşdilər. XVIII əsrin 30-cu illərində isə Ərəbistan yarımadasında Məhəmməd ibni Əbdülvəhhab tərəfindən “VƏHHABİZM” adlı bir yeni ideologiyanın-məzhəbin əsası qoyuldu. Bu məzhəb Əhli-Sünnə təriqətinin daxilində yaradılmış dini-hərbi və radikal bir məzhəbdir. Bu məzhəbin yaradılmasında əsas məqsəd İslam dininə zərbə vurmaq, Osmanlı imperiyasını daxildən dağıtmaq və türkləri məhv etmək və yaxın şərqdə Din pərdəsi altında İngilis ağalığını bərqərar etmək idi. Bu boş və mənasız təriqətlərin, məzhəblərin qanunlarına nəzər yetirəndə insanın daxilində bir ikrahdoğurucu hiss yaranır. Məsələn, Şiəlikdə Məhərrəmlik ayında insanın özü özünə zəncir vurması, başını yarması, qan çıxartması, mərsiyələr deməsi, Müqəddəs İslam şəxsiyyətlərinin-şiə imamlarının ziyarətgahlarında it kimi sürünmələri, it kimi səs çıxartmaları, sünnilikdə-“Vəhhabilik” məzhəbində insanların bığlarını qırxıb, saqqallarını sinələrinə qədər uzatmaları, balağı qısa şalvar geyinmələri, dırnaqlarını uzatmaları(Halbuki, İslam müqəddəsləri müsəlmanlara hər cümə günü dırnaqlarını tutmalarını və uzanmış bığ-saqqallarını bir az qısaltmalarını buyurublar), Allahı insan kimi təsvir etmələri və s. bidətlər İslama qarşı düşmənçilikdən başqa bir şey deyildir. İslam dininin əsas və vacib şərtləri isə namaz qılmaq, oruc tutmaq, həccə getmək, zəkat, xüms, sədəqə vermək, cihad etməkdir(təbii ki, İslam qanunlarına uyğun və ona zidd olmayan şəkildə). Əsl müsəlman bunları etməlidir. Daha başqa şeytani vəsvəsələrə, fikirlərə düşərək dindən kənara çıxıb həddi aşmamalıdır(indiki dövrdə isə görürük ki, hədd çoxdan aşılıb).

Keçək cihada. Cihad müsəlmanın öz nəfsi ilə etdiyi cihad olmalıdır, ailəsi, vətəni uğrunda etdiyi cihad olmalıdır. Əgər lazım olarsa, İslam dininin düşməni olan qeyri-müsəlmanlarla cihad etməlidir. Məsələn, İraqda və Suriyada “Cihad” yox, “Təriqət davası” gedir. Şübhəsiz ki, hər iki təriqətin mənsubları-şiələr və sünnilər(daha doğrusu, vəhhabilər və rafizilər) səhv edirlər. Hər iki təriqətçi haram iş görür və öz əlləri ilə özlərinə günah yazdırırlar. Həmin özünü “İslam cəfakeşləri” adlandıranlar gəlib Qarabağda erməniyə-qeyri-müsəlmana qarşı vuruşsaydılar, bəlkə də onların bu əməli əsl cihad və müqəddəs əməl sayılardı. Amma bu saxtakar “din mücahidlərinin” İslam dinindən heç bir payı və Allah dərgahında isə heç bir hörmətləri yoxdur. Demək olar ki, onlar Allahın ayələrinə və Hz. Məhəmməd Peyğəmbərin(s.a.v.a.v) kəlamına qarşı çıxmış sayılırlar. Çünki, hər ikisi müsəlman və qardaşdır. Sizcə, iki doğma qardaşın bir-birinə düşmənçilik etməsi və ürəklərində bir-birlərinə qarşı kin saxlaması başqa nə cür qiymətləndirilə bilər? Təbii ki, haram....

Bu nadanlar və cahillər Azərbaycanımız üçün də təhlükə mənbəyidirlər. Onlar Qurana və Peyğəmbər hədislərinə uyğun həyat yaşamaq əvəzinə İran ayətullahlarının, mollarının və Səudiyyə Ərəbistanı şeyxlərinin boş, mənasız, Allahın bəyənmədiyi məsləhətləri ilə özlərinə bir dini həyat qurublar. Daha bilmirlər ki, özləri üçün yaxşı bildikləri bu mənzərə Allahın nəzərində heçnədir və dəyəri də yoxdur. Hz. Əlinin(ə) bu iki gözəl kəlamı həmin dırnaqarası müsəlmanlar üçün bir ibrət dərsidir.

“Mənim belimi dindar kimi görünən dinsizlər qırdı”.

“Çoxlarının ibadəti özünə əzab-əziyyətdən başqa bir şey deyildir”.

Ərtoğrul Türkyurd

     

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ