Görəsən dünyada hər şeymi satılır? Bəli bu
dünyada hər bir şey satılır. Özüdə pula!
Pul həyatımızın ən dərin xırdalıqlarına kimi ziyarət edir. Əli boşda
qayıtmır . Hara getsə də , kimin evində gizlənsədə hərlənib fırlanıb yenədə nəyisə alır. Hər
şeyi pul toxuyur . Toxuyub , toxuyub sonda böyük vurdum duymazlıqlarla bəzənmiş,
öz güvənli, təkəbbürlü insan həyatı formalaşdırır. Ondan kimdə daha çoxdursa həmin
insan yaşadığı dünyada ətrafındakıları üçün əvəz olunmaz biri sayılır , ondan
kimdə çox azdırsa ətrafındakılarının gözündə o insanı əvəz edəcək milyonlarla
insan aşkarlanır. Artıq ancaq insan
olmaq yetmir gərək üstündə, yada evində, iş yerində yetəri qədər pul sahibi
olasan ki səni insan adlandırsınlar. Məsləhətdirki öləndədə cibi boş ölmüyəsən
. Kimliyivi araşdırmaq istəyəndə qoy ciblərindən birinin işini aşırda biləcək
miqdarda bir neçə kağız pul tapsınlar.
Tapsınlar ki qoy səssiz ,gözə görünməz
dalanda yerdə yatmış cəsədivə tüpürməsinlər heç olmasa təcili yardıma zəng etmək
üçün mobil telefonlarındakı konturlarından keçsinlər, konturları olmasada ciblərindən
tapdıqları havayı pulun xatirinə həmin pulun az miqdarıyla telefonlarına kontur yükləyib səni ordan
götüzdürsünlər. Deməli pul insanıda
satın alır. Əslində içi mən qatışıq hamımız pul qazanmaq, pul əldə etmək
üçün mübarizə aparırıq . Heç kimin pul haqqında nə fikirləşdiyini dəqiqi deyə
bilmərəm lakin özüm haqqında onu deyə bilərəm ki mənə sabah üçün borclarımı
qaytarmağa bolluca pul lazımdır. Ən
ağırı isə son bir neçə ildə atsan atılmaz satsan satılmaz olan ailəmin gözündə
dəyərli insan mərtəbəsinə qalxmağım üçün pullu olmağımın vacibliyini
anlamağımdı. Qoy olsun , bu dünyada hər şey satılsın alınsın . Desəm ki məndə
satılmıyacam alınmıyacam yekəbaşlıq etmiş olaram. Mənidə pul satacaq satırda ,mənidə
pul alacaq alırda. Təəsüf ki artıq hər şey puldur.
Bahəddin
Salman.