SON DƏQİQƏ

Pulu dövlətdən üstün tutanlar

Tarix:

9-08-2017, 14:56

/ 9 953 dəfə oxundu.
Pulu dövlətdən üstün tutanlar

("Milli Birlik" çilərin yaddaşından)

Dövlətimizin inkişafı, dövlətçiliyimizin qorunması  üçün hər bir Azərbaycan vətəndaşı harada , necə işləməyindən asılı olmayaraq həmişə dövlətimizin keşiyində durmalıdır.
Bu, bizim istəyimizdir , amma bunu dövlətimizdə mühüm vəzifələr tutan məmurların  bir hissəsi istəyirmi?
 Bunu ictimaiyyətin öhdəsinə buraxmaq lazım deyil , onsuz da  bəzi məmurlar və onların övladları gec-tez ictimaiyyətə öz xislətlərini çatdırırlar. Baş nazirin müavini Əli Həsənovun nəvəsinin məlum  hərəkətləri ictimaiyyət arasında böyuk narazıçılıq yaradıb. Başqalarının üstünə sifət turşudan "Qaçqınkom"-un sədri onun-bunun boğazından kəsib əcdadına milyardlar yığanda və onun hətta nəvə-nəticəsi yağ-bal içində üzəndə, hətta onlar səmada da qanad açıb uçmaq istəyəcəklər. Onları nə dövlət , nə millət , nə də ki, qaçqınlar maraqlandıracaq, çünki onları tərbiyə edən dövlətçiliyimizə, doğma övladlarına, xalqının övladlarına bilmədən zərbə vurur.
Dövlətin , Xalqın pulunu dağıdan məmurlar gec-tez belə özlərini ifşa edəcəklər.
Cənab məmurlar!  Dövlətimizin qarantı, Azərbaycan xalqının güvəncı Prezidentimiz İlham Əliyevə ləyaqətlə xidmət edin ki, Xalq sizi sevsin , onların nifrətinə tuş gəlməyin.

Bilman

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ