SON DƏQİQƏ

"Baba bu yollar çox tozludur"

Tarix:

29-07-2017, 18:08

/ 7 003 dəfə oxundu.
"Baba bu yollar çox tozludur"

Azərbaycan təbiəti hər zaman gözəl və cəlbedicidir, hara getsən doğma təbiətimiz bizi həmişə xoş qarşılayır, biz də təbiətimizi öz varlığımız kimi qorumalıyıq.
Bu sözləri yazmaqda məqsədim heç də təbiətimizi reklam etmək fikirində deyiləm, sadəcə özümün yaşadığım xoş anları sizinlə bölüşmək istəyirəm.
Quba rayonunda yaşayan 1 qrup Qarabağ əlili Sahib qardaşımız məni Qazaxıstanda Türk-Qazax Beynəlxalq Universitetində təhsil alan oğlu
Sahilin  toyuna dəvət etmişdi və mən də çox həvəslə ailəmlə toyda iştirak etmək üçün Qubaya yollandım . Yol boyu gözəl mənzərə bizi valeh edirdi, yanımda olan nəvəm çox acgözlüklə təbiəti seyr edir və öz uşaq aləmində xoş sözlərlə bizi əyləndirirdi. Nəhayət gəlib çatdıq Qubanın Alpan yoluna. Bu toz-torpaqlı, narahat yolları görəndə nəvəm:- "baba bura pis yoldur" - deyəndə elə bil ayıldım.  Alpanın sərin havası həmişə mənı özünə cəlb etdiyindən, bu yolların kələ-kötürlüyünə o qədər də fikir verməmişdim. Nə isə yol boyu gözəl meyvə ağaclarindan gavalı, alça,alma yığıb nəvəmə verməklə başın aldadıb gəlib mənzilə çatdıq.
Çatan kimi xoş gəldındən sonra işığın olmamasından çox məyuslandım, çünki 10-15 qoyun , erkək dana kəsilib asılıb göydən soyuducu da işləmir. Maraqlandım mənə dedilər ki, elektriklər 2 gündür dayanmadan işləyirlər. Mən elektiriklərin yanına getdim, öyrəndim ki, "transformator" yanıb, gərgin iş gedir. Ayağım yüngül olduğundan yarım saata işığın verilməsini təmin etdilər.
Mən də özümə borc bildim ki,  Quba rayon elektirik şəbəkəsinin işçiləri Şahmuradov Sərxan, Nəcəfov Nurlan,Qəribov Əliağanın bu operativliyini mətbuatda dərc edim. Alpanın çay kənarı sərin olduğundan , orda bu yaşadıqlarımı qələmə alaraq az da olsa öz borcumu hələlik bitmiş hesab etdim. 

Bilman
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ