SON DƏQİQƏ

AZƏRBAYCAN XALQININ AZƏRBAYCAN SSR-DƏKİ HƏYATI

Tarix:

29-06-2017, 00:20

/ 5 186 dəfə oxundu.
AZƏRBAYCAN XALQININ AZƏRBAYCAN SSR-DƏKİ HƏYATI


1920-ci il aprelin 28-də Azərbaycan hökümət binasının üzərinə qızılı çəkiclə orağ təsvir olunmuş qırmızı inqilab bayrağı sancıldı. SSRİ-nin Azərbaycanda qurulması da, dağılması da Xalqın qanının tökülməsi naminə başa gəldi. Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi tariximizdə iki böyük səhvə yol verdi: İrəvanı ermənilərə, Höküməti isə bolşeviklərə güzəştə getməklə. Onlar elə bilirdilər ki, höküməti könüllü surətdə təslim etsələr nahaq qan axıdılmayacaq və sakitçilik olacaqdır. Amma silahla təşrif buyuran yadellinin ondan istifadə etməyəcəyi sığortasızdır. Bəlkə rəhbərliyin üzvləri döyüşüb ölsəydilər, bundan daha yaxşı olardı, onsuzda öldürüləcəkdilər. Əliyalın sıraya düzülərək güllələnmələri biabırçı bir səhnə idi. Beləliklə Bolşeviklərin yalançı vədləri üzə çıxdı. Onlar "Bərabərlik” adı altında varlıların sərvətini əllərindən aldılar, insanları qul kimi fabriklərdə, zavodlarda, daş karxanalarında, dağ mədənlərində işlətdilər. Fəhlə-kəndli sinifi ideologiyası bir bəhanə idi ki, ondan çox məharətlə istifadə edildi. Nə qədər Ziyalılar, yazıçılar, vətənpərvərlər, bəstəkarlar sovetlərin qırmızı siyasətinin qurbanı oldu. Hətta onlara satılmış təbliğatçılar da aradan götürüldü. Həmin yox edilən təbliğatçıların tərkibində, bolşeviklərin gizli yığıncaqlarında iştirak edən, onların əmrlərini qeyd-şərtsiz yerinə yetirən azərbaycanlılar da var idi. "Partbiletim sol cibimdə, ürəyimin başındadır” deyən Süleyman Rüstəm, "Stalin mənim atamdır” deyən Səməd Vurğun, ”Bolşevik” şeirinin müəllifi Rəsul Rza, ”Atasına bənzəməyən oğula kəm deyərlər. Mən sənə bənzəyirəm. Lenincanlı Partiyam! Leninqanlı Partiyam!” deyən Xəlil Rza Ulutürk Sovetlərəmi satılmışdı? Sualına Bəli, satılmışdı cavabını vermək olar. Azərbaycanda SSRİ-nin hökmranlığı zamanı onlara belə yaltaq sözlər yazan şairlər və yazıçılar sovetlərin süqutuna az qalmış kəskin mövqeyə keçdilər, bu onların saxtakarlığından və ikiüzlülüyündən irəli gəlirdi, yəni o vaxtı tərifləyirdilərsə, tənəzzül vaxtında pisləyirdilər. Çünki, Azərbaycan özbaşına qalmışdı, rəhbərlik yox idi, kim nə istəyirdisə edirdi. Saxtakarlar da bundan istifadə etdilər ki, özlərini təmizə çıxartsınlar, amma Sovet höküməti zamanı qoyduqları imza silinməz idi.
Xalqımız Çarlığın dövründə dağ-mədən sənayesində tər tökə-tökə çalışaraq Romonovların xəzinəsini doldururdu. Çar imperiyasının tərkibində ən zəngin əyalət Azərbaycan idi, bu ölkənin nefti Rusiya iqtisadiyyatının xammal mənbəyi idi. Sovetlərin dövründə isə vəziyyət daha da dözülməz şəkil aldı. Demək olardı ki, bütün insanlar qul halına salınaraq işlədilirdi. Azərbaycan insanını yalançı "Sosialist Əməyi Qəhrəmanı” mükafatı və sair medallarla şirnikləndirirdilər. Güya səkkiz saat istidə, soyuqda və yağış altında öz canına qəsd edərək işləyənlər "böyük qəhrəmandırlar”. İndiki dövrümüzdə bəzi sovet əyyamıyla yaşayan və o günlərin xiffətini çəkən vətəndaşlarımız var. Keçmiş keçmişdə qalır, bəs bu insanları gələcəkdən keçmişə qaytaran nədir, yaşadıqları çətin həyat, yoxsa İo Kio babanın sehrli xalatı?
Ərtoğrul Türkyurd

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ