SON DƏQİQƏ

Zərərli tendensiyaya uyub saxta rəqabətə qoşulma

Tarix:

4-06-2017, 15:19

/ 3 243 dəfə oxundu.
Zərərli tendensiyaya uyub saxta rəqabətə qoşulma

"Əsərləri türk, rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, italyan, ukrayna, fin, ərəb, yapon, monteneqro, litva, bolqar, qazax, qırğız, kxmer, protoçad, hətta şumer, akkad (ёлки-палки!) və başqa dillərə tərcümə olunub". 
Müsahibim deyir: "Ədə, gopla getsin də. Kimdir araşdıran ki, nə var, nə yox. Eyni üsulla Məmmədvəli, Lıss ibn Nassabın kitabını oğurlayıb akademik oldu. Gözün üstdə qaşın var deyən oldumu?! Dəmlək Abdulla biblioqrafiyasında yazır ki, 50 kitab, 300 məqalə müəllifidir və s. Hamı bilir ki, həmin Dəmləkin cəmi-cümlətanı 1oğurluq kitabı və 2-3 broşurası var, o da nəverim. Deyirəm pulum olsaydı, 1-2 nəverim kitabımı, mən də heç olmasa, Allahın bu kxmer dilinə tərcümə elətdirib, camaatın başını qəzilləyib olardım əkəbala. Baxma da adı var yenə. Məsələn, İtaliya, Braziliya, Argentina, Çili, Yaponiya..... deyəndə adamın qəlbi riqqətə gəlir. Bir də bizim camaat Şeyx Nəsrullaha inanmırdı ki? Hərə bir tərəfdən qəzilləyir, qoy mən də qəzilləyim də". 
Müsahibimə deyirəm ki, bu zərərli tendensiyaya uyub saxta rəqabətə qoşulma. Kimin nə işlə məşğul olduğu hamıya gün kimi aydındır. Sadəcə, zamanı çatan kimi yerlə yeksan olacaqlar. Başqalarının bədbəxtliyi üzərində qurulan hansı xoşbəxtlik uzun sürə bilər?!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ