SON DƏQİQƏ

Bayrağını bayrağımın yanına sanc!

Tarix:

28-05-2017, 21:39

/ 2 346 dəfə oxundu.
Bayrağını bayrağımın yanına sanc!


Əziz Qardaşlar!

Biz Türklərin dünya sivilizasiyasının inkişafında çox mühüm rol oynaması dünya tarixinə bəllidir. Dünyanın əksər aparıcı dövlətlərində demək olar ki, kifayət qədər Türk xalqının nümayəndələri yaşayır. O da məlumdur ki, biz bir yerdə çiyin-çiyinə olanda çox güclü olarıq.
Əfsuslar olsun ki, Avropada, Amerikada ümumiyyətlə dünyanın dörd bir tərəfində hər hansımız bir tədbir keçirəndə dövlət bayrağımızın yanında qardaşlarımızın hamısının bayrağını görmürük.
İlk dəfə 2017-ci ildə bütün dünyada Xocalı soyqırımına etiraz edərkən Azərbaycan Respublikasının Dövlət bayrağının yanında Türkiyə Respublikasının Dövlət bayrağından başqa qardaş Qazax,Türkmən, Qırğız, Özbək, Tatar və digər Türk qardaşların bayraqları dalğalandığını görmədikdə belə bir müraciət etmişdim.
Ümumiyyətlə əksər hallarda belə tədbirlərdə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağının yanında Türkiyə Respublikasının Dövlət bayrağından başqa qardaş Qazax,Türkmən, Qırğız, Özbək, Tatar və digər Türk qardaşların bayraqları dalğalanmır.
Bu da çox üzücüdür. Bayraqlarımızın bütün tədbirlərdə bərabər olması birgə dalğalanması bütün qardaşlar üçün vacibdir! Bu bizim hər birimiz üçün mənəvi dayaqdır.
Siz mənimlə razısınızmı? Razısınızsa bayrağını qardaşının bayrağının yanına sanc!
Türan eli!

Azərbaycanda bayramdı!

28 may Respublika günün qutlu olsun VƏTƏN!
 Cavid İsmayıl.

 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər