SON DƏQİQƏ

31 Mart tariximizin qanlı səhifəsi

Tarix:

30-03-2017, 12:32

/ 3 291 dəfə oxundu.
31 Mart tariximizin qanlı səhifəsi

Sədi Şirazi (Məşhur fars şairi): «erməni yer üzünün ilanı, insanlığın düşmənidir.»
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın tarixi torpaqlarında erməni şovinizmi planlı, düşünülmüş şəkildə soyqırımı həyata keçirməyə başladı. «Gəlmə erməni tendensiyası» XX əsrin əvvəllərindən etibarən məhz çar Rusiyası və bolşevik ideologiyasının ortaya atdığı millətlərarası münaqişə zəminində yarana biləcək problemlərlə istəyinə nail oldu. Əsrin ilk illərində Azərbaycanda qanlı qırğınlar, terrorlar həyata keçirən erməni şovinistləri «Böyük Ermənistan» və «Dənizdən dənizə dövlət» prinsiplərini reallaşdırmaq üçün ilk dəfə 1905-1907-ci illərdə yerli azərbaycanlılara qarşı soyqırım və deportasiya siyasətini həyata keçirdilər. Həmin illərdə Qərbi Azərbaycanın İrəvan, Göyçə, Zəngəzur mahallarında həmçinin Gəncə, Qarabağ və başqa bölgələrdə köklü təmizləmə siyasətinin aparılması erməni millətçiləri və çar Rusiyasının əsas məqsədlərindən biri idi. Təəssüflə bildiririk ki, ermənilərin millətimizə qarşı törətdiyi bu kütləvi soyqırımı və deportasiya siyasəti birinci olsa da sonuncu olmadı.
I Dünya müharibəsindən sonra ermənilərin Cənubi Qafqazda məkrli planlarını həyata keçirmək üçün əlverişli şərait yarandı. Türkiyə ərazisində erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura böyük miqdarda erməni köçüb gəlmişdi. Əlbəttə ki, Azərbaycanın Qərb ərazilərində məskunlaşan bu ermənilər hələ XVIII-XIX əsrlərdə olduğu kimi, bu dövrdə də yerli azərbaycanlıları müxtəlif vasitələrlə sıxışdırdılar. Təsadüfi deyildi ki, 1918-ci ilin mart ayına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdıldı. Məhz bu prossesdən sonra İrəvan quberinyası ərazisində erməni dövlətinin yaradılması, sonra da Azərbaycanın digər ərazilərinə qarşı torpaq iddiası mərhələsi başladı. Rus çarizminin ucqarlarda yeritdiyi müstəmləkə siyasəti ermənilərin, xüsusilə də, onların terrorçu təşkilatı olan «Daşnaqsütyun»un fəaliyyətini «bir qədər» yüngülləşdirməyə çalışsa da, erməni şovinistləri Avropa ölkələrində «erməni məsələsi»nin siyasi aləmə daxil olmasını təmin edə bilmişdi. Hətta bunlar azmış kimi, Bakıya yığılmış erməni daşnaqları «Böyük Ermənistan» yaradılması üçün yeni taktika hazırladılar.
31 mart tariximizin ən ağrılı-acılı səhifələrindən biridir. Bu, Azərbaycana qarşı erməni daşnaklarının XX əsr ərzində törətdiyi ikinci qırğının tarixidir. Ermənilər 4 dəfə Azərbaycana qarşı soyqırım və deportasiya siyasəti həyata keçiriblər. Hər hansı bir tarixi proses baş verən zaman ermənilər bundan məharətlə istifadə ediblər. Azərbaycana qarşı həyata keçirilən soyqırım və deportasiya siyasətinin birinci mərhələsi 1905-07-ci illərdə baş verib. Çar Rusiyasında baş vermiş inqilabdan istifadə edənlər Azərbaycanda qırğın törədiblər. İkinci dəfə birinci dünya müharibəsi nəticəsində Romanovlar monarxiyası devrildi və kommunist rejiminin yaradılması ərəfəsində 1918-ci ilin mart qırğını törədildi. İki gün ərzində Bakıda daşnak-bolşevik birləşmələrinin həyata keçirdiyi qırğın Azərbaycanın qəzalarına da yayıldı. Bu ərəfədə 12 mindən çox azərbaycanlı qətlə yetirilir.
Azərbaycan Demokratik Respublikası dövründə 31 martın soyqırım günü kimi qeyd olunması rəsmiləşdi. 1998-ci ildə də respublika prezidentinin fərmanı ilə bu məsələ rəsmiləşdi. Əslində 31 mart soyqırımının tarixi kökləri lap qədimdir. 1890-cı ildə Daşnaksütun Partiyasının yaradılması Azərbaycan torpaqları hesabına "dənizdən-dənizə böyük Ermənistan” ideyalarının reallaşması istiqamətində atılmış addımlardan biri idi. Bir az da dərinə getsək, görərik bu, Pyotr dövründən, XVII əsrin sonu, XVIII əsrin əvvəllərindən başlamış bir prosesdi. Bu günə qədər də həmin proses davam edir.
I Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən Ermənilər 1917-ci ildə baş verən fevral və oktyabr inqilablarından sonra öz istədiklərinə Bolşevizm bayrağı altında nail olmağa cəhd edirdilər. Bakı kommunası əksinqilabi elementlərlə mübarizə şuarı altında 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan Azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayır.
Bu üç gün içində törədilən qətliamlar qabaqcadan düşünülmüş, ən incə nöqtələrinə qədər hesablanmışdı. Arxiv materialları göstərir ki, Ermənilər Mart qətliamından qabaq Ərzurum yaxınlarında-Taşılyaylada 3.000 türkü qətlə yetirmişlər. Erməni siyasi partiyaları güya "Böyük Azərbaycan” və ya "Böyük Müsəlman Dövləti” düşüncəsini el beçikdə boğmaq üçün təxminən 7.000 Erməni əskərini müxtəlif cəbhələrdən Bakıya gətirmişdilər. Bundan başqa "Qızıl Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i Ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşma əsasında Bolşevik-Erməni koalisyonu S.Şaumyanın da ifadə etdiyi kimi savaşa hər cür hazırlığı etmişdi və bütün cəbh boyu hücuma keçdi. 30 Mart axşam saat 5:00 da Bakıda ilk atəş səsləri eşidildi. Əvvəldən planlaşdırılmış şəkildə təkcə Erməni əskərləri deyil, Bakıdakı Ermənipərəstlər də bu savaşa qoşuldular. Yaxşı silahlanmış və hazırlıqlı Erməni əskərləri Müsəlmanlarn evlərinə basqınlar edərək onları öldürür, 3-4 günlük körpələri xənçərlə qətl edir, uşaqları alovlar içinə atırdılar.Qadınlar daha ağır şəkildə öldürülürdülər.
Arxiv materiallarına görə qulaqları, burunları kəsilən, orqanları parçaparça edilən 37 qadının meyidi tapılmışdı.Cənubi Azərbaycan Türklərindən Mir Cəfər Pişəvəri öz xatirələrində yazır: " Mən 1918-ci ilin Martında Erməni daşnaqlarının vəhşiliklərini, günahsız adamların öldürülüb, meyidlərin yandırılmasını öz gözlərimlə gördüm. Bu çox nifrət ediləcək bir hərəkətdi”
Diqqət edin!!! Bakıda törədilən bu soyqırıma "vətəndaş müharibəsi” adının verilməsi, qətlə yetirilənlərin sayının azaldılması üçün səylə çalışan S.Şaumyan 13 Apreldə Moskvaya göndərdiyi məktubda yazır: " Üç gün içində, yəni 30-31 Mart və 1 Apreldə Bakıda şiddətli bir savaş oldu. Sovet ordusu, bizim yaratdığımız Beynəlxalq Qızıl Ordu və Erməni milli ordusu müsəvat partiyasının liderliyindəki müsəlman "Dikaya Dviziya” sıyla və silahlı müsəlman quldurlarıyla savaşdılır. Bu savşda yüksək nəticələr əldə etdik. Düşman tamamilə yox edildi. Hür iki tərəfdən öldürülənlərin sayı 3.000-dən çoxdur. Əgər müsəlman Türklər qalib gəlsəydilər Bakı Azərbaycanın paytaxtı elan ediləcək, Qafqaz Rusiya üçün itirilmiş olacaq, bütün qeyri müsəlmanlar isə qətliama məruz qalacaqdılar” Baxın bu da S.Şaumyanın sanki soyqırımla heç bir əlaqəsi olmayıbmış kimi Moskvaya göndərdiyi məktub.
Mart soyqırımından bir il sonra Ermənilər bu hadisələri Bolşeviklərlə Müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuata yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə Erməni yepiskopu Baqrat Ermənilərin Mart hadisələrində iştirakını inkar edir. S.Şaumyandan da qabağa gedərək Baqrat Bakıda Mart hadisələri sırasında öldürülən 1000 nəfərdən 300-nün Erməni və Rus, 700-nün Müsəlman olduğunu iddia edirdi.Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk on günülüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba-Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi. Ermənilərin 1918-ci il Mart və Aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı var. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma komissiyasının başçısı A.Xasməmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması və Müsəlman əhali üzərində Ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə bağlı məhkəmə işinin başladılması haqqında Təcili Araşdırma komissiyasının 12 iyul 1919-cu il tarixli qərarı göstərmək olar.
Ermənilər Azərbaycanda Mart-Aprel aylarında qətliamlar etməklə Bakı querniyasında qalibiyyət əldə etdikdən sonra Gəncəyə hücum edərək bütün Azərbaycanı işğala cəhd göstərdilər. Bakı, Şamaxı, Kürdəmir, Səlyan, Quba və Lənkəranın işğalından sonra sıradakı hədəf Gəncəydi. Onlar bu dəfə Qarabağda yaşayan Ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Bunu S.Şaumyan Xalq Komissarları Sovetinə göndərdiyi məktubda da etiraf edirdi. Onun planına görə Sovet ordusu Yevlax körpüsünü ələ keçirib Kür çayı boyunca müdafiə xətti quracaq, sonra bu ordu Gəncəyə yeridiləcək və sonda digər bölgələrdəki Ermənilərlə birləşəcəkdilər. Amma 1918-ci ilin Mayında ADR-nin qurulması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-qalım mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.
1918-ci ilin Mart-Aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə Erməni qəddarları 50 min Azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.
Bu gün son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunduğunu özündə əks etdirir. Bu faciələrin günahkarı "Böyük Ermənistan" yaradılması kimi sərsəm bir ideyanı həyata keçirmək üçün heç bir iyrənc vasitədən çəkinməyən erməni şovinizmidir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini daim yadda saxlamalı və unutmamalıyıq. İki əsr davam edən soyqırımı gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq. Ötən dövr ərzində Azərbaycan dövləti tarixi gerçəklikləri, xalqımızın tam iki əsr boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq aləmə çatdırmaq üçün xeyli iş görüb. Amma bu, yetərli deyil. Çünki hələ də dünya miqyasında ermənilərin saxta "tarixi” bizim gerçək tariximixi üstələyir. Ən əsası isə odur ki, tarix boyu xalqımızın başına nələrin gətirildiyini, çəkdiyimiz müsibətlərin gerçək miqyas və mahiyyətini özümüz dərindən dərk etməliyik. Bunun üçün isə həmin tarixi təkcə 31 mart günü deyil, hər gün xatırlamağa, öyrənməyə və unutmamağa borcluyuq.

Rövşən Əvəzoglu
Müstəqil araşdırmaçı

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ