SON DƏQİQƏ

"Həyatı yaşamaq üçün məqsədimiz olmalıdır"

Tarix:

29-03-2017, 00:26

/ 6 972 dəfə oxundu.
"Həyatı  yaşamaq üçün məqsədimiz olmalıdır"

Həyat müxtəlif insanlar tərəfindən müxtəlif formalarda izah oluna bilər. Mənim fikrimcə həyat insanın müəyyən zaman ərzində itirdiyi və qazandığı uğurların toplandığı, ölüm ilə yaşam arasında olan keçid dövrüdür.Həyat canlı olaraq tək insana verilmir bunu bütün canlılar dadır . Lakin biz digər canlıların həyatını yalnız müşahidə ilə görə bilərik eləcədə öz növüműzun fərdlərini. Heç kim 1 başqa insanın necə bir həyat yaşadığını anlaya bilməz yaxşı vəya pis . Albert Ellisə görə " Həyatınızın ən yaxşı illəri – yaşadığınız problemlərinin günahının yalnız sizdə olduğuna qərar verdiyiniz zamandır – siz daha valideynləri, ekologiyanı və ya prezidenti günahkar görmürsünüz. Siz dərk edirsiniz ki, öz taleyinizə özünüz nəzarət edirsiniz."
İnsan düşüncə və təfəkkürə sahibdir buna görə də öz həyatını özünə uyğun şəkildə yarada bilər.Bunun üçün sadəcə səhvlərimizi görmək özümü üzərində çalışmaq və A . Ellis dediyi kimi ona nəzarət etməliyik. Həyatın şirin olduğunu hərkəs bilir.Çətinlikləri də göz ardına edilə bilməz . Həyatı asanlaşdırmaq da məhz insanın özündən aslıdır. Unutmayaq ki,zamanımız çox azdır . Bu qısa zamanı elə yaşamaq lazımdır ki, bir ömrə dəysin. Zaman itirmək asandır. Lakin onu dəyərləndirmək lazımdır. Zaman müxtəlif anlarda müxtəlif axımda ola bilər bizim üçün. Fərqli şərtlərdə, insanların eyni zaman bölümünü, daha uzun və ya daha qısa hiss etmələri də bunun bir nümunəsidir. Məsələn, əməliyyatdakı qardaşının çıxmasını gözləyən insan üçün, bir saat bir neçə saat keçmiş kimi uzun gələ bilər. Ancaq eyni insan çox zövq aldığı bir iş görərkən, bir saatın necə keçdiyindən heç xəbəri olmaya bilər.Həyatın əsas gözəlliyi onun çətinliyindədir. Əgər bu çətinliklər olmasa biz həyatın dəyərini anlamarıq Nəyisə əldə etmək üçün heçvaxt gec olmaz.Əgər birinci cəhd uğursuz olubsa bu biz istədiyimiz üçün belə olub .
Güc və təfəkkür hərkəs də eynidir sadəcə həyatı idarə etmə formaları fərqlidir. Həyatı gözəl yaşamaq üçün məqsədlərimiz olmalıdır .Həyatda daim hərəkətdə olmaq lazımdır. Son ana qədər nəyisə etmək cəhdi nəyisə qazanmaq istəyi lazımdır.Həyatda çətinlik çəkməyən bir insan əsla uğur əldə edə bilməz.Çətinliklər bir insanın cəsarətini səbrini və əzmini yoxlayar Zəhmət və çətinliklər bir adamı, həyatın çətinlikləri ilə üzləşməyə güclü və hazır olmağa hazırlayar. Heç şübhəsiz acı olmadan qazanc ola bilməz. Həyat gül kimi gözəl amma tikanlıdır.Bu səbəbdən həyat yalnız gözəl tərəfini deyilçətinliklərini də qəbul etməliyik.Çətin zamanlarda ümid itərsə müvəffəqiyyətə çata bilmərik.Ən güclü krallar və imperatorlar belə acı çəkmişdir.Bunları qəbul edənlər, həyatı gerçək mənada necə yaşayacaqlarını bilənlərdir. Beləcə həyatdan zövq alın.

Vüsalə Səmədli

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ