SON DƏQİQƏ
» » Banklar nə faiz dərəcələrini azaldır, nə də kasıb təbəqəyə güzəştə gedir

Banklar nə faiz dərəcələrini azaldır, nə də kasıb təbəqəyə güzəştə gedir

Tarix:

15-03-2017, 17:42

/ 62 688 dəfə oxundu.
Banklar nə faiz dərəcələrini azaldır, nə də kasıb təbəqəyə güzəştə gedir

Keçmiş Müttəfiq Respublikaların əksəriyyətində Konstitusiyaya əsasən vətəndaş dollarla hansı kursla banklardan kredit götürübsə, o kursla da kredit borcunu ödəyib qurtarıblar.
Azərbaycanın özəl banklarında isə bu məsələ hələ də öz həllini tapmayıb. Belə ki, dolların kursu 78 manat olanda, 100 dollar 127 manat idi.
İstər dollarla, istərsə də manatla kredit götürmüş vətəndaşlar borclarını köhnə məzənnə ilə ödəməli olduqları halda, sələmçi banklarımız borclulara güzəştə getməyərək dolların indiki kursu ilə vətəndaşları borclarını ödəməyə məcbur edirlər. 150 manat təqaüd alan vətəndaş hər ay 100 dollar borcunu indiki kursla əlbəttə ki, ödəyə bilmir. Banklar borcluları kütləvi surətdə məhkəmələrə verir. Məhkəmə icraçıları isə vətəndaşın minimum yaşayış meyarını gözləmədən onların təqaüdlərinin yarı faizini faiz qarışıq tutdurmaqla pensiya fonduna yönəldir.
Bu qədər ədalətsizlik kasıb təbəqələrin arasında narazılığa səbəb olur. Əqidəsi zəif insanlar əlacsızlıqdan intihara əl atmağa, özünə qəsd etməyə məcbur olur.
Biz jurnalistlər inanırıq ki, ölkə prezidenti, hörmətli birinci vitse-prezidentimizlə birlikdə humanistlik prinsipinə sadiq qalaraq əhalini ən çox narahat edən bu məsələnin həllində kömək edəcəkdir.
 
Rauf İlyasoğlu
Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ