SON DƏQİQƏ
» » Azərbaycandakı problemli kreditlərlə bağlı tövsiyə

Azərbaycandakı problemli kreditlərlə bağlı tövsiyə

Tarix:

4-01-2017, 11:41

/ 4 036 dəfə oxundu.
Azərbaycandakı problemli kreditlərlə bağlı tövsiyə

Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı problemlərin həllinə aktivlərin idarə olunması üzrə ixtisaslaşlmış strukturun yaradılması kömək edə bilər. Bu sözləri Trend-ə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Ukrayna və Belarusdakı nümayəndəliyinin rəhbəri Rüfət Əlimərdanov deyib.

O qeyd edib ki, ilk növbədə, belə struktur məhdud resursları və ekspertizanı bir agentlikdə cəmləməyə imkan verir:

 "İkincisi, bu, aktivlərlə daha sistematik və standart iş üsullarının tətbiq olunmasına şərait yaradır. Üçüncüsü və daha vacibi odur ki, bugünkü islahatlar şəraitində iqtisadiyyatın sahələrinin daha nizamlı restrukturizasiyası imkanı yaranır”.

 R.Əlimərdanovun fikrincə, bu cür struktura, həmçinin problemli kreditlərin qaytarılmasını sürətləndirməyə imkan verən əlavə səlahiyyətlər verilə bilər: "Burada bir sıra üstünlüklərlə bərabər, bəzi çatışmazlıqlar da var. Məsələn, strukturun müstəqil olmaması və qeyri-səmərəli korporativ idarəetmə zamanı siyasi təzyiq mümkün ola bilər".

 Onun sözlərinə görə, Azərbaycanda yaradılmış "ASAN xidmət” ən uğurlu nümunələrdən biridir: "Bundan başqa, məsələn, daşınar əmlakın qeydiyyatı prosesinin təkmilləşdirilməsi vasitəsilə girov qoyulan əmlakın səmərəli reallaşdırılmasına kömək edəcək nizamlayıcı mühit yaratmaq lazımdır”. 

R.Əlimərdanov bildirib ki, bütün bunlarla əlaqədar olaraq, "əlverişsiz borclar”la iş təcrübəsi olan xarici ekspertlərin, eləcə də bu sahədə ixtisaslaşmış investorların cəlb olunması tələb oluna bilər. 

O əlavə edib ki, ABŞ və İrlandiyada bu problem müsbət həll edilib.

 Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2016-cı ilin oktyabrın sonuna olan vəziyyətə görə Azərbaycanda vaxtı keçmiş kreditlərin payı bütün kredit təşkilatlarının borclarının 8,7 faizini və ya 1 375,6 milyon manat təşkil edib.

Bir il ərzində vaxtı keçmiş kreditlərin həcmi 5,66 faiz artıb, bir ay ərzində isə 14 faiz azalıb.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ