SON DƏQİQƏ
» » Neftin qiyməti 2015-ci ilin iyulundan bəri ilk dəfə olaraq 58 dolları keçib

Neftin qiyməti 2015-ci ilin iyulundan bəri ilk dəfə olaraq 58 dolları keçib

Tarix:

3-01-2017, 21:37

/ 4 160 dəfə oxundu.
Neftin qiyməti 2015-ci ilin iyulundan bəri ilk dəfə olaraq 58 dolları keçib

"Brent” markalı neftin bir barelinin qiyməti yanvarın 3-də təxminən 3 faiz qalxaraq, 2015-ci ilin iyulundan bəri ilk dəfə olaraq 58 dolları keçib.    

APA-nın "RBK”ya istinadən verdiyi məlumata görə, neftin bahalaşması OPEK-ə üzv olan və olmayan dövlətlər arasında əldə olunmuş razılaşma çərçivəsində hasilat həcmlərinin azalmasına dair xəbərlərin fonunda baş verir.  Belə ki, Küveyt Milli Neft Şirkətinin rəhbəri Camal Cəfər hasilat həcminin sutkada 130 min barel azaldıldığını bildirib. Bu bəyanatdan sonra, ICE birjasında "Brent” markalı neftin bir barelinin qiyməti 58 dolları keçib.

Qeyd edək ki,  "Brent” markalı neftin qiyməti bundan əvvəl 2015-ci ilin iyulunda 58 dollardan yuxarı olub. 

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ