SON DƏQİQƏ

Aİ-95 niyə bahalaşdı?

Tarix:

16-09-2021, 11:11

/ 4 215 dəfə oxundu.
Aİ-95 niyə bahalaşdı?

Ötən gündən etibarən Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti artaraq, 1,6 manata qaldırılıb. Aİ-95 yanacağının iyulun sonunda 5, ötən gün isə 15 qəpik bahalaşması müzakirələrə səbəb olub.

İqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan Aİ-95 yanacağını əsasən (72 faiz) Rusiyadan idxal edir. Rusiyada isə Aİ-95-in pərakəndə satış qiyməti son iki həftə ərzində ucuzlaşıb və 1,17 manata düşüb. Topdansatış qiymətinin 1,05 manatdan, daşınma xərcinin isə 2-3 qəpikdən baha olmadığını vurğulayan ekspert Aİ-95-in Azərbaycanda bahalaşmasının məntiqi səbəbi olmadığını vurğulayıb.

Mövzu ilə bağlı SOCAR-ın yanacaq satışı ilə məşğul olan törəməsi - "SOCAR Petroleum”un mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, Aİ-95 markalı benzini Azərbaycan əsasən Rumıniyadan idxal edir.

"Rumıniyada Aİ-95-in qiyməti bahalaşıb. Bizim əsas müqaviləmiz həmin ölkə ilə olduğuna görə qiymət artımı bizə də təsir etdi. Ümumilikdə, Aİ-95 markalı benzin idxal edilməzdən öncə dünya bazarı araşdırılır və hansı ölkənin qiymətləri sərfəlidirsə, müqavilə o ölkə ilə bağlanır. Sonuncu əsas idxal ölkəmiz Rumıniya oldu. Biz müqavilə bağlamazdan öncə Rumıniyada qiymətlər ucuz idi”.

Qeyd edək ki, SOCAR rəsmilərinin açıqlamalarına əsasən, Heydər Əliyev adına NEZ-də aparılan modernizasiya nəticəsində 2022-ci ildən sonra zavodda Aİ-95 benzinin də istehsalı mümkün ola bilər. Belə olacağı halda idxal asılılığımız aradan qaldıra bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ