SON DƏQİQƏ

Rusiyadan Azərbaycana pul köçürmələri azaldı

Tarix:

17-04-2021, 15:35

/ 3 509 dəfə oxundu.
Rusiyadan Azərbaycana pul köçürmələri azaldı

Rusiyada yaşayan miqrantların öz ölkələrinə pul köçürmələrinin məbləği açıqlanıb.

GünAz.az xəbər verir ki, 2020-ci ilin 4-cü rübünı aid statistikada köçürmələrin bütün istiqamətlər üzrə əsasən azaldığı bəlli olub.

Belə ki, Rusiya Bankının məlumatlarına əsasən, Rusiyadan köçürmələr sözügedən dövr ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz, il ərzində 4 faiz azalıb.

Yalnız Belarus (30%) və Ukraynaya (1,6%) köçürmələr artıb və müvafiq olaraq 110,3 və 159,8 milyon dollar olub.

Türkmənistana 0,3 (25% azalma), Tacikistana 348,1 (23,7% azalma), Qırğızıstana 379,5 (20,2% azalma), Moldovaya 68,5 (13,6% azalma), Qazaxıstana 34,3 (10% azalma), Özbəkistana 913 (4% azalma) milyon dollar köçürülüb.

İşçi miqrantların Azərbaycana köçürmələrində 8,6%, Ermənistana isə 4% azalma baş verib. Belə ki, azərbaycanlılar öz ölkələrinə 164,5 milyon, ermənilər isə Ermənistana 179,2 milyon dollar göndərib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ