SON DƏQİQƏ
» » Zəngilan və Kəlbəcərdə qızıl çıxarılmasına dair müqavilə imzalandı

Zəngilan və Kəlbəcərdə qızıl çıxarılmasına dair müqavilə imzalandı

Tarix:

18-11-2020, 18:29

/ 7 004 dəfə oxundu.
Zəngilan və Kəlbəcərdə qızıl çıxarılmasına dair müqavilə imzalandı

Zəngilandakı Vejnəli və Kəlbəcərdəki Zod qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalanıb.

APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Qarabağın gələcək iqtisadiyyatına həsr olunmuş müzakirələrdə çıxışı zamanı millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, müqavilə əsasında xarici bir şirkətlə birgə təsis olunan konsorsium tərəfindən qeyd olunan ərazilərdə qazıntı işlərinin aparılmasını nəzərdə tutur.

"İşğaldan azad olunan ərazilər minalardan təmizlənəndən sonra konsorsium dərhal qazıntı işlərinin aparılmasına hazır olduğunu bildirib", - deyə T. Mirkişili qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ