SON DƏQİQƏ
» » Ödənişli olacaq yolda işlər yekunlaşır - VİDEO

Ödənişli olacaq yolda işlər yekunlaşır - VİDEO

Tarix:

12-05-2020, 18:05

/ 2 373 dəfə oxundu.
Ödənişli olacaq yolda işlər yekunlaşır - VİDEO

Bakı-Quba-Rusiya sərhədi avtomobil yoluna alternativ çəkilən M1 magistral yolunun 100 kilometrlik hissəsinin tikintisi yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Reala açıqlamasında bildirdi ki, artıq adıçəkilən yolda 4 zolaqlı asfalt-beton örtüklü yolun tikintisi də tamamlanmaq üzrədir. Ümumilikdə sözügedən hissədə 20 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 345 müxtəlif diametrlərdə dairəvi beton suötürücü və ehtiyat boruların tikintisi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu çərçivədə işlər bitmək üzrədir.

Qeyd edək ki, Yeni magistralın tikintisi yekunlaşan hissələri üzrə ödəniş məntəqələrinin qurulması istiqamətində də addımlar atılır. Hər bir hərəkət istiqaməti üzrə 4 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək. ödəniş məbləğinin müəyyən edilməsi istiqamətində isə aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ