SON DƏQİQƏ

“VÖEN-in 190 manata aidiyyatı yoxdur” - Rəsmi

Tarix:

25-04-2020, 19:07

/ 1 977 dəfə oxundu.
“VÖEN-in 190 manata aidiyyatı yoxdur” - Rəsmi

Vergilər naziri Mikayıl Cabbarov VÖEN-in 190 manat yardımı almağa maneə olmadığını bildirib. 

Mikayıl Cabbarov deyib ki, vətəndaşın VÖEN-i olması 190 manatlıq yardım üçün neytral xarakter daşıyır: "Passiv VÖEN-ə görə kiməsə imtina verilibsə, buna aidiyyətı üzrə baxılmalıdır. Bu qaydanın yardımın verilməsi ilə bağlı qaydalar arasında olub-olmadığına baxılmalıdır". 

Nazir müavini Sahib Ələkbərov əlavə edib ki, bu məsələ ilə bağlı dünən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini ilə danışdım: "Bu məsələ ətrafında çox söhbətlər olur. Nazir müavini ilə danışmışam, razılaşmışıq, Mikayıl müəllimin dediyi kimi VÖEN-in bu məsələyə aidiyyətı yoxdur. VÖEN sadəcə nömrədir. Buna görə imtina alınıbsa, bu gün də təkrar müraciət edə bilərlər. Əgər yenə anlaşılmazlıq yaranarsa, aidiyyətı quruma müraciət edə bilərlər".


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ