SON DƏQİQƏ
» » "Mərkəzi Bankın devalvasiya qorxusu var" - AÇIQLAMA

"Mərkəzi Bankın devalvasiya qorxusu var" - AÇIQLAMA

Tarix:

25-04-2020, 14:55

/ 1 947 dəfə oxundu.
"Mərkəzi Bankın devalvasiya qorxusu var" - AÇIQLAMA

Əkrəm Həsənov: "Sahibkarlara verilən kredit vəsaitlərinin valyuta bazarına axma təhlükəsi var”

"Bu da manata təzyiqi artıracaq, valyuta ehtiyatlarının daha çox xərclənməsinə aparacaq”

Aprelin 27-dən etibarən bəzi qadağaların yumşaldılması, bir sıra müəssisə və xidmət sahələrinin fəaliyyətə başlaması nəzərdə tutulub. Bəs iqtisadi-sosial həyatda baş verəcək bu hərəkətlilik qismən də olsa bank sistemində də müəyyən bir canlanmaya səbəb ola bilərmi?

Bank-maliyyə sistemi üzrə mütəxəssis Əkrəm Həsənov belə bir canlanmanın gözlənilən olmadığını vurğulayıb:

"Böyük ehtimalla baş verənlər bank sistemində canlanmaya səbəb olmayacaq. Çünki kreditləşdirmənin ciddi canlanması gözlənilmir. Əsas səbəb Mərkəzi Bankın devalvasiya qorxusudur. Sahibkarlara verilen kredit vəsaitlərinin valyuta bazarına axma təhlükəsi var. Bu da manata təzyiqi artıracaq, valyuta ehtiyatlarının daha çox xərclənməsinə aparacaq. Bir sözlə, iqtisadiyyatımız "manatın məzənnəsini nəyin bahasına olursa-olsun, qoruyacağıq” şüarının girovuna çevrilib”.


скачать dle 12.1

Şərhlər