SON DƏQİQƏ

Dövlət bu güzəştlərə 2,5 milyard ayırdı

Tarix:

1-04-2020, 22:43

/ 3 515 dəfə oxundu.
Dövlət bu güzəştlərə 2,5 milyard ayırdı

Azərbaycanda fəaliyyət göstərən həm böyük, həm kiçik sahibkarlara kömək məqsədi ilə dövlət tərəfindən yardım paketi nəzərdə tutulub ki, bu da koronavirusla əlaqədar dəyən zərərin aradan qaldırılması üçün atılan müsbət addımlardan biridir.
Bu sözləri Axar.az-a dövlət tərəfindən nəzərdə tutulan iqtisadi-sosial proqramlar barədə danışan millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, yardımların verilməsində şəffaflığın təmin edilməsi əhəmiyyətli məsələlərdən biridir:
"Ötən gün Prezident İlham Əliyev pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirən işçi qrupunun rəhbəri – İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul etdi. Orada bəzi məsələlər Prezident İlham Əliyevə məruzə olundu. Vergilərin azaldılması və s. kimi məsələlər də daxil olmaqla, təxminən dəstək proqramlarına ayrılacaq vəsaitin həcmi 2.5 milyard manatdır. Düzdür, tədbirlər planı hələlik sərəncam şəkilində çıxmayıb deyə, konkret hansı güzəştlərin olacağını demək qeyri-mümkündür. Prezident kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan vəsaitin bu həftədən ödənilməsinə başlamaq üçün göstəriş verib. Hesab edirəm ki, yardımın verilməsində şəffaflığın təmin edilməsi əsas amillərdən biri olacaq. Bundan başqa günəmuzd işləyən şəxslər var ki, onlara da müəyyən qədər vəsait verilməsini istəyirik. Bu gün onlar heç yerdə işləmirlər və müəyyən qədər vəsaitə ehtiyacları var. Həmçinin vəsait əsasən dövlət büdcəsindən veriləcəyi üçün yəqin ki, buna görə də ona yenidən baxılaraq, xərc hissəsində müəyyən dəyişiklik edilə bilər".
Millət vəkili onu da qeyd edib ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclasında 6 məsələyə baxılıb və qəbul edilib: "İclasda bəzi təkliflərimiz oldu. O cümlədən Mikayıl Cabbarovun Prezident İlham Əliyevə təqdim etdiyi məsələlər, pensiyaçılara pensiyası verilən zaman bankların qarşısında yaranan növbələrin ləğv edilməsi və s. barədə təkliflər oldu. İclasda qeyd edildi ki, bütün banklarda pensiya almaq üçün imkan yaradılsın, yəni vətəndaşlardan pensiya kartına görə digər bankomatlarda əlavə vəsait tutulmasın. Bundan başqa günəmuzd işləyən şəxslərin müəyyən qədər vəsaitlə təmin olunması və s. məsələlərə toxunduq".
V.Əhmədov deyib ki, ən qısa müddətdə detallar aydınlaşacaq.

скачать dle 12.1

Şərhlər