SON DƏQİQƏ

Putin sülh üçün yalvarmayacaq – Bədbin proqnoz

Tarix:

20-03-2020, 21:41

/ 1 372 dəfə oxundu.
Putin sülh üçün yalvarmayacaq – Bədbin proqnoz

Rusiya Prezidenti Vladimir Putin Ər-Riyaddan neft müharibəsinə son qoymaq üçün "sülh” xahiş etməyəcək.

GunAz.az xəbər verir ki, bu barədə "Blumberq” agentliyinin təhlilində qeyd edilib. Bildirilir ki, Rusiya hakimiyyəti Ərəbistanla razılaşmanın pozulması ilə neftin qiymətlərinin kəskin düşəcəyini bilirdi.

"Moskva Ər-Riyadın mövqeyini şantaj sayır və hesab edir ki, hazırkı krizisi Səudiyyədən daha yüngül keçirdə bilər. Putin təzyiq edilməsi mümkün olan şəxs deyil!” - araşdırmada qeyd edilib.

Təhlildə, həmçinin, Kremlin OPEK+ ilə müzakirələrə açıq olduğu, ancaq öz şərtləri daxilində hərəkət edəcəyi vurğulanır.

Qeyd edək ki, Rusiya Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaqla bağlı təklifinə qarşı çıxdığı üçün OPEK+ razılaşması pozulub. Bunun ardınca Ərəbistan və bir sıra ərəb ölkələri, o cümlədən Rusiya hasilatı artırıb və nəticədə neft qiymətləri kəskin ucuzlaşıb.

Rusiya hasilatın əvvəlki kimi qalmasında maraqlıdır. Hesab edir ki, hasilatı azaltdıqca bazarda ABŞ-ın payı artır və təsadüfi deyil ki, OPEK+ hasilatı azaltma qərarı verdikdən sonra ABŞ dünyanın ən çox neft ixrac edən ölkəsinə çevrilib.

Qiymətin bu şəkildə düşməsi isə ABŞ-a da təsirsiz ötüşmür. Çünki ABŞ slans neftinin maya dəyəri çox yüksəkdir və hazırkı qiymətlərlə o nefti çıxarmaq rentabelli deyil.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ