SON DƏQİQƏ

Elman Rüstəmov devalvasiyadan danışıb

Tarix:

13-03-2020, 09:22

/ 2 850 dəfə oxundu.
Elman Rüstəmov devalvasiyadan danışıb

Azərbaycan Mərkəzi Bankının sədri növbəti devalvasiyanın müzakirə mövzusu olmadığını bildirib. 

Avromedia.az xəbər verir ki, Elman Rüstəmov "Devalvasiya qorxusu qalmaqdadır?” sualına "Mərkəzi Bankda və hökumətdə yox” kimi cavab verib və sözlərinə belə davam edib:
 
"Bizim qayğılarımız yalnız texniki problemlərdir - əhalinin və bankların valyuta tələbini dolğun və fasiləsiz ödənilməsidir. Devalvasiya müşavirələrdə də heç bir dəfə də olsun müzakirə mövzusu olmayıb.
 
2015-2016-cı illərdə reallıqlar başqa idi. Neftin qiyməti birdən birə 140 dollardan 35 dollara düşdü. O vaxt büdcədə neftin qiyməti 90 dollar idi. O vaxt ölkə müflis ola bilərdi. Həmin o dövrdə də pisxoloji təsir, kölgə iqtisadiyyatı var idi. Çox ciddi kölgə iqtisadiyyatı, nağd pul dövriyyəsi var idi. Vəsaitlər banklardan kənar olduğuna görə o pullar ölkə üçün ciddi iqtisadi problemlər yaradırdı. O dövrdə kölgə iqtisadiyyatı amili də ciddi rol oynadı.
 
Bu gün istənilən neftin qiymətinə, kistənilə çağırışa cavab verməyə hazırıq. Ümumi fikir bundan ibarətdir ki, bizim başqa potensialımız var ki, hər hansı emosional qərar qəbul etmədən situasiyanı tarazlıya bilək"
скачать dle 12.1

Şərhlər