SON DƏQİQƏ
» » Əsas neft ixracatçılarının bu ilki zərəri açıqlandı

Əsas neft ixracatçılarının bu ilki zərəri açıqlandı

Tarix:

4-03-2020, 22:31

/ 1 214 dəfə oxundu.
Əsas neft ixracatçılarının bu ilki zərəri açıqlandı

Dünyanın əsas neft ixrac edən ölkələrinin yeni koronavirusun yayılması nəticəsində nə qədər zərərə uğradıqları açıqlanıb.  

TASS xəbər verir ki, bu barədə Dünya Bankının direktoru David Malpassla Vaşinqtondakı birgə mətbuat konfransı zamanı Beynəlxalq Valyuta Fondunun (İMF) idarəçi direktoru Kristalina Georgiyeva açıqlama verib. 

Qeyd edilib ki, neftin ucuzlaşması səbəbindən ixracatçı ölkələr 10 milyard ABŞ dollarına yaxın ziyana uğrayıblar. 

Koronavirusun yayılması nəticəsində neft hasil edən ölkələrin qarşılaşdığı çətinliklər barədə suala cavab verən İMF nümayəndəsi ilin əvvəlindən neftin 15%-dən çox ucuzlaşdığını deyib. 

скачать dle 12.1

Şərhlər