SON DƏQİQƏ
» » Avtomobil hissələri gömrük rüsumundan azad edilir - QƏRAR

Avtomobil hissələri gömrük rüsumundan azad edilir - QƏRAR

Tarix:

4-02-2020, 23:03

/ 1 436 dəfə oxundu.
Avtomobil hissələri gömrük rüsumundan azad edilir - QƏRAR

Azərbaycana sənaye yığımı üçün komplekt şəkildə gətirilən avtomobillər gömrük rüsumundan azad edilir  

Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib. 

GunAz.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.  

Dəyişiklik İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təkliflərinə əsasən qərara alınıb. 

Dəyişikliyə görə, Azərbaycana tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirilən avtomobillərin gömrük rüsumundan azad edilməsini nəzərdə tutur. 

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 7 il müddətində qüvvədə olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ