SON DƏQİQƏ
» » Britaniyada bu avtomobillərin satışı qadağan edilə bilər

Britaniyada bu avtomobillərin satışı qadağan edilə bilər

Tarix:

4-02-2020, 08:12

/ 2 812 dəfə oxundu.
Britaniyada bu avtomobillərin satışı qadağan edilə bilər

Böyük Britaniyada 2035-ci ilə qədər benzin və dizel mühərrikləri olan yeni avtomobillərin satışı qadağan edilə bilər.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Consonun dəftərxanası tərəfindən yayılmış xəbərdə bildirilir.

Bu siyahıya həmçinin hibrid mühərrikli avtomobillər də daxildir. Qeyd olunub ki, əsas məqsəd avtomobillər tərəfindən havaya atılan zərərli tullantıların miqdarının azaldılmasıdır.

Bundan əvvəl, Böyük Britaniyada bu qadağanın 5 il sonra, 2040-cı ildə tətbiq ediləcəyi xəbəri yayılmışdı və hibrid avtomobillərin satışının qadağan edilməsi də gündəmdə deyildi.

Bildirilib ki, bu cür tədbirlərdən istifadə edərək, London 2050-ci ilə qədər istixana qazı tullantılarını sıfıra endirərək dünyanın ən sərt ekoloji qanunlarından birini həyata keçirmək niyyətindədir.

Müvafiq qanunvericilik təşəbbüsü ötən ilin iyun ayında ölkə parlamentinə təqdim edilib.

скачать dle 12.1

Şərhlər