SON DƏQİQƏ
» » Şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək

Şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək

Tarix:

17-01-2020, 09:10

/ 1 878 dəfə oxundu.
Şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək

Azərbaycanda şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək.
GunAz.az-ın xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, Mərkəzi Bank 2020-ci ilin iyul ayınadək bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlər görməlidir.
Eyni zamanda Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyinə 2020-ci ilin sonunadək bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ