SON DƏQİQƏ
» » Evini satanlara ŞAD XƏBƏR: vergi belə hesablanacaq - VİDEO

Evini satanlara ŞAD XƏBƏR: vergi belə hesablanacaq - VİDEO

Tarix:

27-12-2019, 08:26

/ 2 330 dəfə oxundu.
Evini satanlara ŞAD XƏBƏR: vergi belə hesablanacaq - VİDEO

2020-ci il yanvarın 1-dən etibarən özünə məxsus evi satanların ödəyəcəyi vergi azaldılır. 3 il həmin mənzildə qeydiyyatda olanlardan isə satış zamanı vergi tutulmayacaq. Yanvarın 1-dən heyvan və quş ətinin satışı da vergidən azad ediləcək.

Qeydiyyatda olduğu, özünə məxsus evi satanların ödəyəcəyi vergi azaldılır...

Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmana əsasən gələn ilin yanvarın 1-dən "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun tətbiqinə başlanılır. Dəyişikliyə görə fiziki şəxslər tərəfindən mənzilin satışı zamanı vergidən azad edilmək üçün tətbiq edilən qeydiyyat müddəti 5 ildən 3 ilə endirilir. Vergi Siyasəti Baş İdarəsinin rəis müavini Nicat İmanovun sözlərinə görə, mənzildə 3 ildən az müddətə qeydiyyatda olanlar üçün isə satış zamanı vergi güzəşti nəzərdə tutulub.

Nicat İmanov bildirib ki, yanvarın 1-dən heyvan və quş ətinin satışı da vergidən azad ediləcək.

Həmçinin, indiyə qədər sahibkarın torpaqların yaxşılaşdırılmasına çəkdiyi xərc onun mənfəətindən çıxılırdı. Dəyişikliyə əsasən o, həmin xərci amortizasiya şəklində gəlirdən çıxa biləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ