SON DƏQİQƏ

Avtomobillərin qiyməti kəskin bahalaşacaq – Gömrük Komitəsi nəyə nail olmaq istəyir?

Tarix:27-11-2019, 23:30 Oxunub:2 167

"Gömrük Komitəsinin sözügedən yanaşması həddən artıq sərt və məntiqsizdır. Bu yanaşma Azərbaycanda avtomobil parkının köhnəlməsi və ekoloji duruma daha ağır zərbələrin vurulması ilə nəticələnəcək”.

Sfera.az-a açıqlamasında bu sözləri Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin rəhbərlik etdiyi qurumun 7 ildən yuxarı olan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə məhdudiyyət qoyulması təklifinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

"Əslində, istər avtomobil, istərsə də digər sahələrlə bağlı olsun, Gömrük Komitəsinin fəaliyyəti gömrüyün özünün fəlsəfəsinə ziddir. Gömrüyün əsas qayəsi daxili bazarın qorunması, daxili istehsalın təşviq olunması yolunda addımlar atmaqdan ibarətdir. Azərbayanda avtomobil istehsalı yoxdur, bu istiqamətdə edilən cəhdlər uğursuz olub”.

Ekspert bildirdi ki, DGK sədrinin verdiyi təklifin reallaşması əslində daxili bazarda bahalaşma yaradacaq: "Belə bir yanaşma varsa, 7 il deyil, məsələn istehsal tarixi 10 ildən az olan maşınların gətirilməsinə qadağa qoyulsa, bu zaman məntiqlə hibrid avtomobilləri üçün ümumiyyətlə gömrük rüsumu, ƏDV alınmamalıdır. Bu halda, həm ölkənin avtoparkı yenilənər, həm də ekoloji məsələlərdə irəliləyiş baş verər. Amma qadağa və rüsumu artırmaqla bazarı tənzimləməyi düşünürlərsə, bu səhv yoldur və daxili bazarda qiymət artımına gətirib çıxaracaq. Nəticədə artıq gətirilib istifadədə olan köhnə avtomobillərin vətəndaşlar tərəfindən dəyişdirilməsi imkanları məhdudlaşdırılacaq. Yəni, bahalaşmaya görə maşınını dəyişə bilməyən insanlar hətta keçən əsrin 80-90-cı illərin avtomobilini sürməyə məcbur olacaq ki, bu da ekologiyaya daha böyük zərər vuracaq”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<