SON DƏQİQƏ
» » Azərbaycan avqustda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Azərbaycan avqustda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Tarix:

30-10-2019, 14:35

/ 1 861 dəfə oxundu.
Azərbaycan avqustda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Avqust ayında Türkiyə Azərbaycandan 735 milyon kubmetr təbii qaz idxal edib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, avqustda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi iyulla müqayisədə 165 milyon kubmetr azalıb. Azərbaycan avqustda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan (1,45 milyard kubmetr) sonra ikinci olub.
Bu ilin yanvarında Türkiyə 808,3 milyon kubmetr, fevralda 683,2 milyon kubmetr, martda 772,4 milyon kubmetr, apreldə 724,8 milyon kubmetr, mayda 770 milyon kubmetr, iyunda 650,6 milyon kubmetr, iyulda 899,9 milyon kubmetr, avqustda isə 735 milyon kubmetr Azərbaycan qazı alıb. Səkkiz ayda qardaş ölkənin Azərbaycandan təbii qaz idxalının həcmi 6 milyard 45 milyon kubmetr təşkil edib.
Qeyd edək ki, keçən il Türkiyəyə Azərbaycandan 7 milyard 527 milyon kubmetr təbii qaz ixrac olunub.
Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. 2006-cı ilin sonlarında istismara verilən CQBK hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz” qazını çatdırır. Bu ilik 6 ayında CQBK və genişləndirilən Cənubi Qafqaz Boru Kəmərinin (CQBKG) birgə gündəlik orta ötürücülük gücü 28 milyon kubmetrdən çox olub. Yarım ildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 20 milyon dollar əməliyyat və 24 milyon dollar isə əsaslı xərclər sərf edilib. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), "AzSCP” (10 faiz), "Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), "Petronas” (15,5 faiz), "LUKoil” (10 faiz), "NICO” (10 faiz), və "TPAO” (19 faiz).
Keçən il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-la Türkiyəyə təqribən 3 milyard kubmetr "Şahdəniz” qazı nəql edilib. TANAP boru kəməri bu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-la bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək.
TANAP-ın səhmlərinin 51 faizi "Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi "Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ