SON DƏQİQƏ
» » Prezidentin tapşırığı: 15 trilyon dollar uğrunda...

Prezidentin tapşırığı: 15 trilyon dollar uğrunda...

Tarix:

26-10-2019, 16:29

/ 760 dəfə oxundu.
Prezidentin tapşırığı: 15 trilyon dollar uğrunda...

Bəzi məlumatlara görə, dünyada öz təyinat yerini axtaran vəsaitlərin həcmi 15 tirlyon deyil, bundan iki dəfəyə qədər çoxdur - yəni haradasa 30 trliyon dollara qədərdi.

Bu sözləri GunAz.az-a açıqlamasında professor Fikrət Yusifov dünyada 0 və mənfi faiz altında olan 15 trilyon vəsaitin mövcudluğu və ölkəmizin bu vəsaitdən ölkəmizə gətirilməsi istiqamətində istəkləri barədə danışan Mərkəzi Bankın sədri Elman Rüstəmovun fikrinə münasibət bildirərkən deyib. O bildirib ki, bu vəsaitlər az bir qisminin Azərbaycana gətirilməsi ölkə iqtisadiyyatının real sektorunda inqilabi bir dönüşə səbəb ola bilər:

“Azərbaycan bazarı bu kapital üçün olduqca maraqlı bir məkandır. Çünki o, demək olar ki, hələ mənimsənilməyib, burada qurulacaq hər bir müəssisənin normal rentabellik təminatı mümkündür. Ona görə ki, daxili bazarın çoxsaylı müxtəlif məhsullara ehtiyacı böyükdür. Bu istehsal təşkil edilərsə, həmən məhsulların idxalı əvəzlənmiş olacaq. Deməli, ölkədən valyuta axını azalacaq”.

Ekspert bildirib ki, kapitalın Azərbaycana gəlməsi ilə baş verəcək pozitiv məqamlar da kifayət qədər çoxdur:

“O kapitalın bura gəlməsini stimullaşdıra biləcək real addımlar atılmalıdır. Bu addımlar içərisində ən önəmlisi isə ölkəyə gələn kapitalın təhlükəsizliyinə, toxunulmazlığına real zəmanət verilməsidir. Bu zəmanətin yaranmasını təmin edəcək bütün məsələlər öz həllini tapdıqdan sonra xarici kapital özü axıb gələcək – yəni bizə onun arxasınca qaçmağa ehtiyac qalmayacaq. Bu sahədə ən yaxşı dünənki nümunə Çin, bugünkü nümunə isə Hindistandır”.

Qeyd edək ki, ötən gün Mərkəzi Bankın sədri Elman Rüstəmov Prezident İlham Əliyevin dünyada 0 və mənfi faiz altında olan 15 trilyon vəsaitdən bir qisminin investisiya kimi ölkəmizə gətirməsi üçün mübarizə aparılması barədə tapşırıq verdiyini deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ