SON DƏQİQƏ
» » Nefti bahalaşdırmağın yolu tankerlərə hücumdur?

Nefti bahalaşdırmağın yolu tankerlərə hücumdur?

Tarix:

11-10-2019, 13:47

/ 715 dəfə oxundu.
Nefti bahalaşdırmağın yolu tankerlərə hücumdur?

Neftin qiymətini qaldırmaq üçün yaxşı üsul tapılıb. Qiymət eniş trendinə girən kimi, tərəflərdən biri o birinin ya tankerinə, ya da neft infrastrukturuna zərbə endirir, nəticədə qiymət stabilləşir.

GunAz.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, gərginlik fonunda qiymət stabilləşsə də, bu, çox uzun çəkmir:

“İndi də Səudiyyə sahilləri yaxınlığında İranın tankerini vurublar. Bu iki ölkənin iqtisadiyyatı neftdən çox asılıdır. Nefti onları birləşdirən "ortaq dəyər" saymaq olar. İran ABŞ sanksiyalarına baxmayaraq, müəyyən miqdarda neft satışını davam etdirir və bu satış İranın nəfəs ala bilməsi üçün həyati əhəmiyyətlidir. Səudiyyə Ərəbistanı isə “yanacaqdoldurma stansiyası”dır. Onların özünü rahat hiss edə bilməsi üçün neftin 80 dollar olmasına ehtiyac var”.

Politoloq bildirib ki, neftin qiymətinə dünya iqtisadiyyatının vəziyyəti və ABŞ-Çin ticarət müzakirələri təsir edəcək:

“Dünya iqtisadiyyatının inkişaf tempinin yavaşlaması xammala, o cümlədən yanacağa olan tələbatın azalması, nəticədə qiymətin düşməsi deməkdir. ABŞ-Çin ticarət savaşı da qarşılıqlı alış-verişi, idxal-ixracı, iqtisadi canlılığı, iş yerlərini azaltdığı üçün xammalın qiymətlərinə mənfi təsir göstərir”.

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ