SON DƏQİQƏ

Vasif Talıbov maşın payladı

Tarix:

11-10-2019, 08:43

/ 1 313 dəfə oxundu.
Vasif Talıbov maşın payladı

Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 10 təcili tibbi yardım avtomobili təqdim olunub.

GunAz.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

MR-nın Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək deyib ki, muxtar respublikada səhiyyə sisteminin yenidən qurulması, ixtisaslı kadrların hazırlanması, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması əhalinin bütün təbəqələrinin sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb. 

Vasif Talıbov deyib ki, bu gün ölkəmizdə icbari tibbi sığortanın tətbiqi, həkimlərin peşə hazırlığının və səhiyyə xidmətinin keyfiyyətinin artırılması istiqamətində lazımi tədbirlər görülür. Muxtar respublikada da bu işlər uğurla həyata keçirilir, səhiyyə müəssisələri yenidən qurulur, müasir tibbi avadanlıqlarla təmin olunur. 

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində həkim hazırlığı aparılır. Artıq muxtar respublikanın bir sıra səhiyyə müəssisələrində icbari tibbi sığorta tətbiq olunur, digər səhiyyə müəssisələrində bu işlər davam etdirilir. İcbari tibbi sığortanın tətbiqi isə müasir avadanlıqların alınması və həkim hazırlığını zəruri edir.

Yeni təcili tibbi yardım avtomobilləri Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzə, Təcili Tibbi Yardım Mərkəzinə və rayon mərkəzi xəstəxanalarına təqdim edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ